Ermənistandan Rusiyaya köçənlərin sayı artıb
Tarix: 29.11.2019 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Bu gün Ermənistanda miqrasiya ilə bağlı nüfuzlu mənbələrdən alınan məlumatlar, nədənsə, baş nazir Paşinyan tərəfindən geniş ictimaiyyətə açıqlanan məlumatlarla üst-üstə düşmək istəmir. Məsələn, bu ilin ortalarında çoxsaylı tədbirlərinin birində Nikol miqrasiya statistikası ilə bağlı özünü xeyli öydü. Onun sözlərinə görə, 2018-ci ildə Ermənistana gələnlərin sayı ölkədən gedənlərin sayını 15 min 313 nəfər üstələyib. Erməni baş nazir qürurla son 12 ildə ilk dəfə olaraq analoji göstəricinin müsbətə doğru istiqamət aldığını bildirdi.
Yeri gəlmişkən, immiqrasiya meyillərinin hələ də davam etdiyini bildirən Nikol 2019-cu ilin 1-ci rübü üçün Ermənistana gələnlərin ümumi sayının «rəsmi sənədlərdə» 2536 nəfər olduğu göstərilsə də, əslində, bunun daha da çox olduğunu bildirdi. Paşinyana görə, «məxməri inqilab»dan əvvəl iş tapmaq ümidi ilə xaricə gedən ermənilərin əksəriyyəti indi işləmək üçün total şəkildə Ermənitana qayıdırlar. Sən demə, bunların arasında hətta 3 minə yaxın qanunsuz miqrant da varmış.
Maraqlıdır ki, ermənilərin «Qolos Armenii» saytı Paşinyanın ölkədə «iş» deyərkən hansı işdən danışdığının onlar üçün qaranlıq qaldığını gizlətmir. Məsələ bundadır ki, Paşinyan həmişə olduğu kimi, bu dəfə də «təvazökarlıq göstərərək ölkədə açılan yeni iş yerləri barədə» geniş açıqlama vermək istməyib. Təbii ki, açıqlama verəsi bir şey də yoxdur.
Yeri gəlmişkən, bu günlərdə Rusiyanın Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası «Rusiyadakı iqtisadi vəziyyətin monitorinqi» ilə bağlı hesabat yayıb. Hesabatda, daha çox Qazaxıstan, Ukrayna, Tacikistan və Ermənistan vətəndaşlarının Rusiyaya iş axtarmaq adı ilə gəldiyi bildirilir. Hesabata görə, son zamanlar Belarus və Moldovadan gələn miqrantların sayında azalma olsa da Ermənistan və Ukraynadan gələn miqrantların sayında, əksinə, çoxalma müşahidə edilməkdədir. Rusiya rəsmi idarəsinin bildirdiyinə görə, əgər 2018-ci ildə Ermənistandan Rusiyaya birdəfəlik yaşamaq üçün 4,9 min nəfər gəlmişdisə, 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 12,8 min nəfəri ötüb. Etiraf edilməlidir ki, bu təkcə Rusiya rəsmilərinin etirafıdır. Amma unutmaq lazım deyil ki, ermənilər təkcə Rusiyaya qaçmırlar. Onlar üçün fərq etməz. Dünyanın ən xoş güzaranlı ölkələri onlar üçün vətəndir.
Paşinyan haqqında danışılarkən onun ən çox «misli görünməmiş» kəlməsini sevərək işlətdiyini bildirən sayt ermənilərin miqrasiyası ilə bağlı, onun bu ifadəni işlətməsinə lüzüm görmür. Çünki ermənilərin miqrasiya məsələsi Nikolun dediyi «həqiqətlərdən» çox uzaqmış.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
18.02.2020
“Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
13.02.2020
“Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
11.02.2020
Demokratı Hikmət Hacızadə olan müxalifət...
10.02.2020
“Paşinyan dövləti idarə etmək iqtidarında deyil”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info