Kabak tatlısı necə bişirilir?
Tarix: 30.11.2019 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Türkiyə mətbəxinə 17-ci əsrdə daxil olmuş, ana vətəni Amerika olan bir bostan bitkisindən bəhs edəcəyik bu gün: Zoluşka nağılında faytona çevrilən, müxtəlif ölkələrdə cadugərlər bayramının simvolu olan, yarımkürə şəkilli və narıncı rəngli balqabaqdan.
Qızıl payızın bəxş etdiyi bu məhsul qədim dövrlərdən bəri müalicəvi əhəmiyyətə malikdir: bədəndən lazımsız mayeni çıxarır, sinir sistemini stimullaşdırır, mədə xorası, qastrit və yoğun bağırsağın iltihabını çəkir və s. Balqabağın tumları qurda qarşı əla vasitə, artıq çəkidən qurtulmaq istəyənlərə fayda və dəri üçün bərpaedici xüsusiyyətə malikdir.

İnsan orqanizmi üçün çox xeyirli olan balqabaq bir çox xalqın mətbəxinə daxil olub. Türkiyədə də olduqca geniş yayılan, Anadolu iqlim şəraitinə uyğunlaşan və sürətlə şaxələnən balqabağın meyvəmi, yoxsa tərəvəzmi olduğu mübahisələri hələ davam etsə də, bizim üçün əsas odur ki, o həm çiy, həm bişmiş yeyilən, həm də şirəsi içilən bir nemətdir.

Balqabaq ətli yavanlıqdan şorbaya, qutabdan (börek) şirniyyata qədər bir çox yeməklərdə istifadə olunur. Amma Türkiyədə balqabaq daha çox "kabak tatlısı" ilə sevilir və yeyilir.

Bugünkü “Türkiyə mətbəxi” rubrikasında sizə türkiyəlilərin “kabak tatlısı” adlandırdığı balqabaq şirniyyatının reseptini təqdim edirik.

KEÇİD

“Kabak tatlısı” (balqabaq şirniyyatı) bişirmək üçün bu ləvazimata ehtiyac vardır:

1 kq. qabığı qoyulmuş balqabaq,
500 qr. şəkər tozu,
1 stəkan qoz ləpəsi.
Zövqə və istəyə görə süd qaymağı və ya krem.
Bir neçə ədəd qərənfil.

“Kabak tatlısı”nın hazırlanma qaydası belədir.
Əvvəlcə iki barmaq qalınlığında doğranmış balqabaqı yuyuruq. Sonra onu geniş bir qazana düzür və üzərini örtəcək qədər şəkər tökürük. Qazan böyük deyilsə, balqabaq və şəkəri üst-üstə sıralamaqla da düzə bilərik. Sonda üzərinə qərənfil dənələrini töküb qazanın qapağını örtürük.
Balqabağın sulanıb şəkərin əriməsi üçün onu ən az 4 saat, mümkünsə gecədən səhərə qədər otaq temperaturunda saxlamaq yaxşı olar. Ertəsi gün balqabağı zəif odda təxminən 50-55 dəqiqə bişirmək lazımdır.
Bişən balqabaq soyuduqdan sonra nimçələrə düzürük. Əgər qaymağı seviriksə, üzərinə bir az qaymaq (ya krem) sürtüb qoz ləpəsi dənələri səpirik. (Yəni bu, olsa da, olar, olmasa da.) Beləliklə, Türkiyə mətbəxinin “kabak tatlısı” şirniyyatı tam hazırdır və süfrəyə gətirə bilərik. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Heyva dolması
26.11.2019
Menemen necə bişirilir?
19.11.2019
Çoban qovurma
15.11.2019
‘‘İmam bayıldı’’ yemәyi necә hazırlanır?
08.11.2019
“Su böreyi” necə hazırlanır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info