“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib
Tarix: 30.11.2019 | Saat: 23:41:00 | E-mail | Çapa göndər



Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Səsli dərslik” layihəsinin Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə ilkin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri Nofəl Şirinov layihənin mahiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında strateji hədəflər və tədbirlərdən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. “Səsli dərslik” layihəsi də bu ehtiyacdan qaynaqlanaraq hazırlanıb. Layihənin məqsədi VI sinif şagirdləri, eləcə də fiziki imkanları məhdud olan uşaqlar üçün İKT-dən istifadə edərək ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır.

N.Şirinov qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində "Səsli dərslik" layihəsi çərçivəsində bir sıra işlərin görülməsi planlaşdırılır. Təşkilati işlərlə yanaşı, VI siniflərə aid ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Yaradılan resursların hamı tərəfindən əlçatan olması üçün sesliderslik.az saytı yaradılacaq və bütün resurslar həmin saytda yerləşdiriləcək.
Daha sonra layihənin təqdimatı keçirilib. Layihə iyunun 20-dən başlayaraq, noyabrın 20-dək davam edəcək. İcra planında nəzərdə tutulan bütün işlər beş ay müddətində yekunlaşdırılacaq.
Təqdimatdan sonra söz alan məktəbin müəllimləri və qonaqları layihə haqqında müsbət fikirlər səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
ADAU-da “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfrans
06.12.2019
Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019
ABŞ-da üç türk akamedik ixtiraçılar siyahısına daxil olub
05.12.2019
Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC
05.12.2019
Məleykə Abbaszadə: “Doktoranturaya ingilis dilindən qəbul imtahanının DİM tərəfindən keçirilməsi müzakirə olunur“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info