Bakı Tanqo Festivalı Qala gecə ilə davam edib
Tarix: 30.11.2019 | Saat: 23:50:00 | E-mail | Çapa göndər



Noyabrın 30-da Nizami Kino Mərkəzində Argentina səfirliyinin təşəbbüsü ilə üçüncü Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəndə Qala gecə keçirilib.


AZƏRTAC xəbər verir ki, gecədə xüsusi qonaq qismində nüfuzlu rəqqaslar, dünya və Avropa çempionları Aqustina Piyacco və Maksim Gerasimov (Argentina/Rusiya), Xulio Saavedra və Tekla Qoqriçyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) performans göstəriblər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran ediblər.
Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella çıxışında festivalın təşkilatçılarına, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Bakıda dörd tanqo məktəbi var və onların nümayəndələri də gecədə iştirak edirlər. Ustad dərsləri, milonqalar festivala özəllik qatacaq.

“United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande bildirib ki, festivalın keçirilməsi təşəbbüsü Argentina səfirliyindən gəlib. “İnanıram ki, festival möhtəşəm keçəcək. Biz artıq Bakı Tanqo Festivalı-2020 haqda düşünürük. Belə festivallar tanqonun populyarlaşmasına gətirib çıxaracaq”, - deyə P.Casagrande bildirib.
Qeyd olunub, tanqo XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb. O, yalnız ehtiraslı rəqs və melanxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafında sevinib kədərlənməsidir.
Qala gecədə, həmçinin tanqo rəqsləri muğamla sintez olunub. Tarda Sahib Paşazadə, gitarada Lautaro Tissera, bandoleonda isə Viktor Hugo Villena ifa ediblər.
Festival dekabrın 1-dək davam edəcək.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, “United Cultures”, “The Landmark”, “Bakı Metropoliteni”, Nizami Kino Mərkəzi, “Nizami Restaurant & Lounge”, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “NESS Company”, “IN Tango Baku”, “Tango On”, “EI Club de Tango”, “Badi Kubə”, “R&N-project Dance School in Baku” və “Macrobiosis Tango School”un dəstəyi ilə keçirilir.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info