1 ayda 4-cü medalını qazandı
Tarix: 02.12.2019 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


29 noyabr-1 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində Bədii Gimnastika üzrə X ənənəvi beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib. Turnirlərdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya, İrlandiya və Azərbaycanın 21 klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz - artıq yalnız qələbələrinə adət etdiyimiz on yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinciliyi əldə edib və noyabr ayı ərzində 4-cü medalını - ümumilikdə isə 39-cu medalını (15 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.
Balaca Minadan başqa Azərbaycanı bu yarışlarda "Gym kids" klubu da təmsil edib. Öz uğurlu çıxışları ilə müxtəlif yaş qruplarından olan gimnastlarımız - Əlizadə Fatimə (2012),
Aybəniz Qafarova (2014), Samirə Rzayeva (2014), Daniela Səfarova (2010) 1-ci yerlərə,
Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Həşimova (2010) 2-ci yerlərə sahib olublar.
Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadığı ölkədə - Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya gələn Mina məhz "Gym kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının Macarıstanda qazandığı uğurlar Minanı hədsiz sevindirir.
Biz də sənin sevincinə qoşuluruq, Mina! Qoy, Azərbaycan adına qələbələr gətirən övladlarımız hər zaman çox olsun!
Uğurlar, Mina!




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“Barselona“dan darmadağın
29.11.2020
“Barselona” bu müdafiəçini istəyir
29.11.2020
“Atletiko” və “Sevilya”ya 1 qol bəs edib, “Real” evdə uduzub
28.11.2020
“Barselona” futbolçuları ilə razılığa gəldi
26.11.2020
Gimnastlarımız Kiyevdə Avropa Çempionatının finalına çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info