Beş tarixin bir ünvanı
Tarix: 02.12.2019 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Beş tarixin bir ünvanı” adlı tədbir keçirilib. Bu ad özündə beş önəmli və əlamətdar tarixi ehtiva edib. Belə ki, Mərkəzi Kitabxananın uşaq şöbəsinin 50 illiyi fonunda eyni zamanda “Nəsimi – 650”, “Cəlil Məmmədquluzadə - 150”, “Cəfər Cabbarlı – 120” “Sumqayıt – 70” kimi əlamətdar məqamlara da işıq salınıb.
Tədbir balaca oxucuların xüsusi hazırladıqları mahnı təbriki ilə başlandı. Sabir Sarvan adına Poeziya klubunun üzvləri uşaq şöbəsinin əməkdaşlarının parodiyası ilə ilk səhnəciyi təqdim etdilər. Aparıcı, yazıçı – ssenarist, kultroloq Hafiz İmamnəzərli beş tarixin bir məqamında cəmləşdirilməsinin təsadüfi olmadığını gətirdi. Natiq bildirdi ki, kitabxana zəka evi, bilik mənbəyidir və hər şey məhz kitabxanadan keçir. Eyni zamanda Nəsimi, Mirzə Cəlil, Cəfər Cabbarlı, Sumqayıt və Mərkəzi Kitabxananın Uşaq şöbəsini birləşdirən bir mənəvi dəyər var: həqiqət!
Proqram boyunca beş tarixin məqamlarını əks etdirən nümunələr təqdim olundu. Sevda Mirzəyeva Nəsiminin “Dünya duracaq yer deyil “ qəzəlini, İsmayıl Hüseynov və Nihad Bədəlli Cəfər Cabbarlını “Şair və artist ” satirasını söylədilər. Aynur Kərimova, Mirkənan və Lətifə Mahmudovalar, Cavidan Mirzəzadə, İsmayıl Hüseynov ədibin “Yaylağa gedir” pyesini, İsmayıl Hüseynov və Cavidan Mirzəzadə Rafiq Yusifoğlunun “ Sumqayıtın nağılı” şeirinin səhnə versiyasını göstərdilər.
“Kimyaçı” Mədəniyyət Sarayının “Kimyaçı” instrumental ansambılının və rəqs kollektivinin üzvləri tədbirə özgə hava qatdılar. Sonda Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova qonaqlara təşəkkürünü bildirdi və kitabxanaçı peşəsi ilə qürur duyduğunu söylədi.

Zübeydə Məmmədova




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Kəlbəcərdə erməni keşişlərlə mübahisə – VİDEO
04.12.2020
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO
04.12.2020
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
04.12.2020
Frans-24 telekanalının Ağdamdan yeni reportajı - VIDEO
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info