“Fermerlər payızlıq əkinləri bəyan etməklə 2020-ci ildən elektron sistem üzərindən subsidiya almağı təmin etmiş olacaqlar”
Tarix: 02.12.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


“Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi fermerlərə bir çox yeni üstünlüklər verəcək. Fermerlər aqrar sahəyə dövlət dəstəyindən yararlanmaq üçün yeni sistemdə qeydiyyat prosesində daha çox aktivlik nümayiş etdirməlidir. Hazırda EKTİS-də qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yaratmış fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesi başlayıb. Kənd təsərrüfatı istehsalçıları əkdikləri məhsulu bəyan etməklə 2020-ci ildən elektron sistem üzərindən subsidiya almağı təmin etmiş olacaqlar. Bu baxımdan heç bir fermer prosesdən kənarda qalmamalı, istər Dövlət Aqrar İnkişaf Mərkəzləri, istərsə bölgələrdə icra hakimiyyəti strukturları bu prosesdə fermerlərə yaxından köməklik göstərməlidir”.
Bu fikirlər Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin Xaçmaz Rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, şəhər ictimaiyyəti ilə keçirdiyi görüşdə səsləndirilib. Nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Bununla subsidiyaların verilməsində elektron xidmətə keçidin başlayacağını deyən İlham Quliyev il ərzində 350 mindən artıq fermerin EKTİS-də şəxsi kabinet yaratdığını, 100 mindən artıq fermerin isə payızlıq əkinləri bəyan etdiyini bildirib. Prosesi sürətləndirmək üçün nazirlik rəsmilərinin rayonlarda silsilə görüşlər keçirdiyini xatırladan nazir müavini bildirib ki, görüşlərin keçirilməsində məqsəd yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparmaqdır.
“EKTİS Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyət prinsiplərini, xüsusilə də fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqini ehtiva edir. Aqrar xidmətlərin elektronlaşdırılması fermerlərə dövlət dəstəyinin göstərilməsində insan faktorunu aradan qaldıracaq, fermerlərimiz artıq mobil telefon, planşet və masaüstü kompüterlərdən şəxsi kabinetlərinə daxil olaraq öz aqrar fəaliyyətlərini bəyan edə, xidmətlər sifariş edə biləcək, dövlət dəstəyindən yararlanacaqlar. Görülən işlər fermerlərə dövlət dəstəyinin göstərilməsində şəffaflığın təmin edilməsini nəzərdə tutur. Bunun üçün nazirlik, yerli qurumlar, icra strukturları sıx əməkdaşlıq etməli, yeni sistemin tətbiqində əsas hədəf kütlə olan fermerlərə köməklik göstərməlidir”.
Nazir müavini yeni subsidiya mexanizmi, Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallar, subsidiyaların kənd təsərrüfatının inkişafının stimullaşdırılmasında oynadığı rol, rayonların aqrar sahə üzrə ixtisaslaşması istiqamətində atılan addımlar barədə iştirakçılara geniş məlumat verib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görüşdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə, o cümlədən Xaçmaz rayonunda geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, əsaslı infrastruktur layihələri həyata keçirilir. Xaçmaz rayonunun tərəvəzçilik üzrə ixtisaslaşdığını deyən Elnur Rzayev bildirib ki, aqrar sahəyə dövlət dəstəyinin artırılması, yeni subsidiya mexanizminin tətbiqi rayonda tərəvəzçiliyin və kənd təsərrüfatının digər sahələrinin daha sürətli inkişafına səbəb olacaq.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Haqverdiyev rayon üzrə EKTİS-də qeydiyyatdan keçmiş və payızlıq əkinləri bəyan etmiş fermerlərin sayı, onlara informasiya-məsləhət xidməti göstərilməsi üçün görülmüş işlər, keçirilən təlimlər, səyyar qrupların fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Bildirilib ki, fermerlərin payızlıq əkinləri bəyan etməsi prosesinə köməklik göstərmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərində, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradılıb. Bundan başqa, nazirliyin nümayəndələrindən ibarət səyyar qruplar bölgələrdə fermerlərə müvafiq informasiya-məsləhət xidmətləri göstərirlər. Eyni zamanda, EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.
Qeyd edək ki, bu gün Quba, Siyəzən və Şabran rayonlarında da analoji görüşlər keçirilib. Dekabrın 3-də isə EKTİS-in tətbiqi ilə əlaqədar İmişli, Beyləqan və Ağcabədi rayonlarında müvafiq tədbirlər keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
“Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb
07.12.2019
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info