Rusiya Prezidenti ABŞ astronavtını ordenlə təltif edib
Tarix: 02.12.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin ABŞ astronavtı Nik Heyqi “İgidlik” ordeni ilə təltif edib.
TASS xəbər verir ki, amerikalı astronavta mükafatı “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin təqdim edib. Nik Heyq Rusiyanın bu yüksək ordeninə Baykonur kosmodromunda yaranmış qəzalı vəziyyət zamanı xidməti vəzifəsini yerinə yetirərkən həyatını riskə ataraq göstərdiyi igidliyə və peşəkarlığa görə layiq görülüb. Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də Baykonur kosmodromunda start götürən və “Soyuz-MS-10” kosmik gəmisini Beynəlxalq Kosmik Stansiyaya çatdırmalı olan “Soyuz-FQ” raketdaşıyıcısı qəzaya uğramışdı. Həmin kosmik gəminin göyərtəsində olan rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq raketin qəza xilasetmə sistemi sayəsində Qazaxıstan çölündə uğurlu eniş etmiş və 2019-cu ili martına yenidən kosmosa göndərilmişdilər. Qəza ilə bağlı yaradılan dövlət komissiyasının rəyinə görə, insident raketin birinci və ikinci pillələrinin ayrılması zamanı güclü zərbənin nəticəsində baş verib. Həmin vaxt zərbəyə məruz qalan yan bloklardan biri sıradan çıxıb və sistem raketin Baykonurda yığılmış ötürücüsünün əyilməsi nəticəsində işləməyib. Rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq oktyabrın 3-də Yerə qayıdıblar.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
YPG/PKK sıralarından qaçan gəncin etirafları
06.12.2019
“Paşinyana qarşı narazılıqlar prosesi daha da sürətlənəcək”
06.12.2019
“Bu, hətta “qardaş Rusiya“ya da aiddir“...
05.12.2019
Qazaxıstan Senatı Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi
05.12.2019
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info