Bakı və Bordonun qardaşlaşmasının 40 illiyi
Tarix: 02.12.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Bu il paytaxtımız Bakı ilə Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 ili tamam olur. Məhz 1979-cu ildə Bordoda şəhərlərin qardaşlaşması barədə sənəd imzalanıb.
Əlamətdar tarixlə əlaqədar Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə Ağ şəhərdə yerləşən Nobel qardaşlarının ev muzeyində Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri, tanınmış idmançılar, iş adamları iştirak ediblər.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələri, Bordo şəhəri, onun tarixi, bu günü barədə məlumat verib, Azərbaycanla Fransa arasındakı münasibətlərin, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Bakı və Bordonun çox fəal və cəlbedici şəhərlər olduğunu qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Fransa və Azərbaycanı bağlayan amillər çoxdur. Hələ 1708-ci ildə Səfəvilər ilə Fransa arasında diplomatik və ticarət müqavilələri bağlanıb. Qacarlar dövlətinin zamanında da sıx əməkdaşlıq var idi.
Bu gün Fransa-Azərbaycan əlaqələri inkişaf edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına təkan verdi. Prezident İlham Əliyev dəfələrlə Fransaya, Fransanın dövlət başçıları Azərbaycana səfərlər ediblər. Heydər Əliyev Fondu Fransa Azərbaycan münasibətlərinin inkişafında önəmli işlər görüb. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açıldı. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılıb.
Heydər Əliyev fondu 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı abidələrin, 2008-ci ildə isə Luvr Muzeyinin bərpası işlərində iştirak edib. Xalq diplomatiyası səviyyəsində də əlaqələr inkişaf edir. Bir çox azərbaycanlı turistlər Fransaya, fransız turistlər Azərbaycana səfər edir.
40 il keçməsinə baxmayaraq Bordo şəhəri ilə yaranmış əməkdaşlıq bu gün də sıx davam edir onları bir çox sahələr bağlayır. Hər iki şəhər liman şəhəridir və formalaşmış iqtisadi və sənaye mərkəzləridir. Hər iki şəhərin zəngin tarixi var. Bakı və Bordo arasında əlaqələri daha da genişləndirməsi və inkişaf etdirməsi istiqamətində işlər davam etdiriləcək. Sonra Bordo şəhərinin meri Nikolas Florenin təbrik məktubu oxunub. Sonda Bordo şərablarının təqdimatı keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Bakının əsas magistrallarında sürət həddi endirildi
28.11.2020
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info