ADRA təlimlərə start verdi
Tarix: 02.12.2019 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilmiş dəyişikliklərin və qüvvədə olan qanunvericilik aktlarının tələblərinin agentliyin ərazi reklam idarələrində çalışan əməkdaşlarına ötürülməsi və onların maarifləndirilməsi məqsədilə təlimlərə start verilib. ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bütün Regional İdarələri əhatə edəcək təlimlərə Lənkəran şəhərindən başlanılıb.
Təlimçilər - agentliyin İcazə və Razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə regiondakı əməkdaşlara məlumat veriblər. Yeni yaradılan zonaların müzakirə olunduğu təlimdə, həmçinin məlumatların sistemə daxil edilməsi yolları öyrədilib, sahibkarların işinin asanlaşdırılması baxımından onların yeniliklər barədə bilgiləndirilməsi, regional idarələrin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması kimi mövzular əhatə olunub. İştirakçılar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.
Qeyd edək ki, təlimlər sistemli və ardıcıl olaraq ADRA-nın bütün regional idarələrində həyata keçiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Bakının əsas magistrallarında sürət həddi endirildi
28.11.2020
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info