Vilayət Eyvazov Türkiyənin Əmniyyət Genel Müdirini qəbul edib
Tarix: 02.12.2019 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Əmniyyət Genel Müdiri Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinindən verilən məlumata görə, nazir Mehmet Aktaşı Emniyet Genel Müdiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, xidməti fəaliyyətində ona uğurlar arzulayıb. İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi kökə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik V. Eyvazov müstəqilliyini əldə etdikdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Nazir dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyada bir nümunə olduğunu Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin DİN-ləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib.
Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazanıldığını nəzərə çatdıran nazir V. Eyvazov bu sahədə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Emniyet Genel Müdirliyinin və Jandarm Komandanlığının rolunu, xidmətlərini məmnunluqla xatırladıb, buna görə Mehmet Aktaşın şəxsində Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib. Daha sonra o, Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, həmçinin ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitliyin, əmin-amanlığın etbarlı şəkildə qorunması barədə məlumat verib. Problemlərə toxunan Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını, qlobal xarakter almış terrorçuluğun bütün forma və təzahürlərinin tərəfimizdən də kəskin şəkildə qınandığını, belə təhlükələrə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. Türkiyə Əmniyyət Genel Müdiri Mehmet Aktaş ölkəsinin Daxili İşlər naziri Süleyman Soylunun salamlarını general-polkovnik Vilayət Eyvazova çatdıraraq, qısa zaman kəsiyində Azərbaycanın qürur duyulacaq səviyyədə möhtəşəm inkişaf yolu keçməsindən, əlaqələrimizin günbəgün genişlənməsindən məmnunluğunu ifadə edib. O, deyib ki, dost və qardaş dövlətlərimiz dünyada və bölgədə sülhün və ədalətin bərqərar edilməsinə, əmin-amanlığa və ictimai təhlükəsizliyə ciddi təhdid olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir. M. Aktaş iki ölkənin müvafiq orqanları arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirib. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. Qəbulda Türkiyə səfiri Erkan Özoral da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info