Azərbaycan-Moldova əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Tarix: 03.12.2019 | Saat: 01:21:00 | E-mail | Çapa göndər



Moldovanın Prezidenti İqor Dodon dekabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib.

AZƏRTAC Moldova Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə ticari, iqtisadi və humanitar sahədə ikitərəfli münasibətlər müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin genişləndirilməsini, 2012-ci ildən bəri keçirilməyən Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının baş tutmasının vacibliyini vurğulayıblar.
İ.Dodon qeyd edib ki, Moldova infrastruktur layihələrin gerçəkləşdirilməsində Azərbaycan şirkətlərinin təcrübəsinin tətbiqində maraqlıdır. Tərəflər ölkələr arasındakı sosial və humanitar əməkdaşlığın aspektlərinə nəzər salıblar. Dövlət başçısı Azərbaycan tərəfinə Moldovaya, xüsusilə də Qaqauziya Muxtar Ərazisinə göstərdiyi diqqət və yardıma görə minnətdarlığını ifadə edib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Çadır-Lunqa şəhərində inşa olunan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Həmin layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevlə 2017-ci ildə baş tutan görüşdə əldə olunmuş razılıq əsasında mümkün olub.
2018-2019-ci illərdə Qlobal Bakı Forumunda iştirakını məmnuniyyətlə xatırladan İ.Dodon 2020-ci ilin martın 12-14-də nəzərdə tutulan növbəti forumda iştirakını mümkün sayıb.
Prezident İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi gələn il Moldovaya rəsmi səfərə dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info