SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
Tarix: 03.12.2019 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Dekabrın 3-də “SOCAR Tower”də şirkətin neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezidenti Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İsgəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilib. SOCAR-dan bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev R.Qurbanovun Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görüldüyünu və bunun uzun illər neft sənayesində çalışmış təcrübəli neftçinin əməyinin yüksək qiymətləndirilməsindən xəbər verdiyini deyib. R.Qurbanovla birgə çalışdığı illərdə onu daim öz sənətinə sədaqətli bir mühəndis, son dərəcə məsuliyyətli bir rəhbər işçi kimi tanıdığını qeyd edən SOCAR-ın prezidenti bütün neftçilər ailəsi adından ona dərin təşəkkürünü bildirib və gələcək həyatında uğurlar arzulayıb. Sonra SOCAR-ın prezidenti yeni təyin olunmuş vitse-prezident D.İsgəndərovu kollektivə təqdim edib. R.Abdullayev SOCAR-ın qarşısında yaxın perspektivdə duran yeni vəzifələr, maliyyə və əməliyyat dayanıqlılığının təmin edilməsi zərurətindən bəhs edib, TANAP kimi uğurlu layihənin reallaşmasında əldə edilən müvəffəqiyyətlərin davamlı olması üçün bütün güc və resursların səfərbər olunmasının zərurətini vurğulayıb.
R.Qurbanov çıxış edərək Prezident İlham Əliyevə onun əməyinə verdiyi yüksək dəyərə görə minnətdarlığını bildirib. O, eyni zamanda, SOCAR-ın rəhbərliyinə və yeni təyin olunmuş vitse-prezident D.İsgəndərova işlərində nailiyyətlər arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Azərbaycanda dəniz yük daşımalarının həcmi artıb
18.01.2020
Azərbaycanda dəmiryolu yükdaşımalarının həcmi artıb
18.01.2020
Boeing 737 Max təyyarələrin daha bir zəifliyini aşkar etdi
18.01.2020
Keçən il 18,1 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib
18.01.2020
Azərbaycan məhsulları Berlində “Beynəlxalq Yaşıl Həftə” sərgisində təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info