Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
Tarix: 03.12.2019 | Saat: 18:50:00 | E-mail | Çapa göndər



“Ordudakı ölüm hadisələrinin çoxu qeyri-döyüş şəraitində, qanuni olmayan münasibətlər səbəbindən baş verir”


“Helsinki Vətəndaş Asambleyasının yerli komitəsi intiharların başlıca səbəbini orduya yararsız, xəstə çağırışçıların çağırılmasında görür. Komitənin iddiasına görə, ölkədəki «Əsgər anaları» ictimai birliyi bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırsa da əsgər qıtlığı çəkən Ermənistan ordusu bu çağırışlara heç bir reaksiya verməyib”
"Tənzimlənməmiş münasibətlər səbəbindən hər il Ermənistan silahlı qüvvələrində qarşı tərəfin atdığı güllələrdən daha çox daxili münaqişə səbəbindən hərbi qulluqçumuz həlak olur. Artıq bundan sonra əskərlərimizi aşağılayan, onları intihar həddinə gətirənlər 14 ilə qədər həbs cəzası alacaqlar”. "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü, parlamentin İnsan Hüquqlarını Müdafiə Daimi Komitəsinin rəhbəri Naira Zohrabyanın şəxsi "Facebook" səhifəsində yazıdığı bu fikirləri ermənilərin «Armenia Today» saytı yayıb. Sayt daha sonar deputata istinadən yazır: "Bu gün orduda intiharların sayı azalmır. Qəribəsi budur ki, ordudakı ölüm hadisələrinin çoxu qeyri-döyüş şəraitində, qanuni olmayan münasibətlər səbəbindən baş verir. Məhz bunun nəticəsi olaraq hər il orduda 9-10 əsgərimiz intihar etmək həddinə çatdırılır. Məsələn, bu ilin başa çatan 11 ayı ərzində 10 əsgərimiz məlum olmayan səbəb üzündən intihar edib". Qeyd edək ki, Zöhrabyan intihara təhriklə bağlı Cinayət Məcəlləsinin 110-cu maddəsində təsbit edilmiş cəmi üç il həbs cəzasını ən yüngül cəza kimi qiymətləndirir. Bunu ədalətsiz bir cəza növü kimi dəyərləndirən fraksiya üzvü Cinayət Məcəlləsində bu ölüm halları ilə bağlı düzəlişlər edilməsini təklif edir. Əks halda ordudakı ölüm hallarının daha da artacağını bildirən Zöhrabyan təhqir və intihara görə cəzanın 14 ilə qədər artırılmasını tələb edir. Onu da xatırladaq ki, "Çiçəklənən Ermənistan"nın bu təşəbbüsünün artıq Dövlət Hüquq Komissiyası tərəfindən yekdilliklə təsdiqləndiyini bildirən fraksiya üzvü ölkə parlamentinin də bu qanun layihəsini qəbul edəcəyinə şübhə etmədiyini izhar edib. Yeri gəlmişkən bildirək ki, işğalçı ordudakı intiharlara erməni mütəxəssislər fərqli mövqe nümayiş etdirirlər. Məsələn, bir müddət bundan əvvəl “Sputnik Ermənistan” saytına danışan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan intiharları daha çox erməni ailələrində yaşanan problemlərin hərbi hissədə olan əsgərə göstərdiyi təsir və əsgərlərin ağır sosial şərtlər altında yaşamasıyla əlaqələndirmişdi. Helsinki Vətəndaş Asambleyasının yerli komitəsi isə bu intiharların başlıca səbəbini orduya yararsız, xəstə çağırışçıların çağırılmasında görür. Komitənin iddiasına görə, ölkədəki «Əsgər anaları» ictimai birliyi bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırsa da əsgər qıtlığı çəkən Ermənistan ordusu bu çağırışlara heç bir reaksiya verməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info