Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
Tarix: 04.12.2019 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Qevork Qorqisyan: “Gələn il spirtli içkilər, benzin, dizel, təbii qaz və siqaretə tətbiq ediləcək aksiz vergisinin, ət, yağ, dərman, buğda kimi məhsulların qiymətinin artması gözlənilir”

“Son zamanlar təhrif olunmuş faktları «nailiyyət» adı ilə xalqa sırımağa çalışan Ermənistan hakimiyyəti, utanmadan xalqdan bu «uğura» görə alqış da umur”. Bu fikirləri Ermənistan parlamentində səsləndirən «İşıqlı Ermənistan» fraksiyasından olan deputat Qevork Qorqisyan hökumətin tez-tez vergilərin azaldılacağı müqabilində ölkə vətəndaşlarının maaş və gəlirlərinin artacağı barədə dediklərinə də diqqət çəkib. Verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində hökumətin heç bir addım atmadığını xatırladan fraksiya nümayəndəsi ölkədəki problemlərin rəsmilər üçün hələ də «xırda məsələ» olduğunu, xalq üçün isə böyük önəm kəsb etdiyini bildirib. Qorqisyana görə, bu gün erməni əhlinin gözləntilərindən biri maliyyələşdirilən pensiya sistemi idi ki, bununla bağlı düzəlişlər gələn ildən qüvvəyə minməlidir. Bu gün statistik məlumata görə ölkədə orta əməkhaqqının 178 min dram olduğunu xatırladan erməni deputat dövlət rəsmilərinin dediklərini əsas tutaraq, 2023-cü ilə qədər əməkhaqqının cəmi 1000 dram artacağını ehtimal edir. Onun fikrincə, bu, elə də böyük artım deyil: “Əgər, ölkədə mənfəət vergisi təqribən 20 faizə endirilərsə, bu halda 2023-cü ildə orta əməkhaqqı artımının 10 min dram olacağını ehtimal etmək olar. Bundan ölkədə yalnız 1 milyon dram alanlar faydalana biləcəklər. Nəticə etibarilə, gəlir vergisi üzrə faiz dərəcələrinin aşağı olması səbəbindən vətəndaşların maaşlarının artacağı barədə deyilənlər mifdir, çünki maliyyələşdirilən pensiya sistemində dəyişikliklər qüvvəyə minəcək. Nədənsə, ölkədə yaşanacaq inflyasiyanı unuduruq. Bu, əsasən, spirtli içkilər, benzin, dizel, təbii qaz və siqaretə tətbiq ediləcək aksiz vergisinin artması ilə əlaqədardır. Yada salaq ki, 2020-ci ildə, Avrasiya İqtisadi Birliyinin razılaşması ilə əlaqədar olaraq bəzi ərzaq məhsullarının, o cümlədən ət, yağ, dərman, buğda kimi məhsulların da qiyməti artacaq. Bütün bunların fonunda ümumi tibbi sığorta sisteminin tətbiqi təklif olunur ki, bu da vergilərin daha 6 faiz artmasına səbəb olacaq”. Erməni deputata görə, buna sığorta deyilə bilməz: “…Çünki bu vəziyyətdə inhisarçılıq geniş vüsət alacaq, bundan başqa nəzarətdən kənar dövlət fondunun da yaradılması ehtimalı böyükdür”.
Qeyd edək ki Qorqisyan ayrı-ayrı korrupsiya sxemlərinin olacağını da istisna etməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info