Serj Sarkisyana kim xəyanət etdi?
Tarix: 05.12.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Sən demə, Ermənistanın sabiq Kənd Təsərrüfatı naziri Serqo Karapetyan satqın imiş. Belə görünür ki, Serj Sarkisyanın dövlət tərəfindən subsidiya olunan dizel yanacağının paylanması zamanı mənimsəmə təşkil etməklə bağlı donosu Ermənistanın Xüsusi İstintaq Xidməti orqanı əməkdaşlarına məhz o ötürübmüş.
Artıq erməni mediasında Sarkisyana qarşı ittihamın məhz Serqo Karapetyanın ifadələri əsasında sürüldüyü barədə məlumatlar yayılmaqdadır. Qeyd edilidiyi kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, dostu Barseq Beqlaryana məxsus «Flaş» şirkətindən subsidiya proqramı çərçivəsində dizel yanacağı almağı sifariş etməkdə şübhəli bilinir. Məhz bunu əsas gətirən Xüsusi İstintaq Xidməti Sarkisyana dizel yanacağını daha ucuz qiymətə təklif edən “Maksur” şirkətindən deyil, «Flaş» şirkətindən almaqda məqsədinin nə olduğunu sual kimi ünvanlayıb. Bundan başqa, Sarkisyanın bir ölkə rəhbəri kimi, belə bir addım atmaqla dövlətə yarım milyard dram miqdarında ziyan vurmaqda məqsədi nə olub?
Maraqlıdır ki, istintaqa ifadə verən «Flaş» şirkətinin rəhbəri Barseq Beqlaryan Serj Sarkisyanla münasibətlərinin, həqiqətən də, yüksək səviyyədə olduğunu etiraf etsə də, amma ümumi işlərdə bunun o qədər də önəm kəsb etmədiyini bildirib. Daha maraqlı bir nüans Sarkisyanı «baqaja qoymaq»da şübhəli bilinən sabiq Kənd Təsərrüfatı naziri Serqo Karapetyanla bağlıdır. Deyilənə görə, vaxtilə Ermənistanın Baş naziri olmuş Ovik Abramyanın «Artfud» şirkətinin səhmlərinin yarısına sahib olan Serqo Karapetyan, Abramyan baş nazir postundan getdikdən sonra, o da kənd təsərrüfatı naziri postunu tərk edib. Deyilənə görə, Ovik Abramyan Serj Sarkisyanla aralarında yaranan ixtilaf üzündən təkcə baş nazir kimi məsul postunu deyil, həm də təmsil ounduğu Respublikaçılar Partiyasının da tərk etmişdi. Başqa bir ehtimala görə isə Abramyan bu addımı atmaqla, Sarkisyan hakimiyyətinin varisi olması ilə bağlı deyilənlərə də nöqtə qoymaq istəmişdi. O da maraqlıdır ki, vəzifədən gedən sabiq baş nazir, yerinə təyin edilən Karen Karapetyanı nəzərdə tutaraq, « əcnəbilərin ölkə çaylarına axmasına imkan verdiyi» üçün Serj Sarkisyanı da tənqid etmişdi. Xatırladaq ki, həmin ərəfədə ölkəyə təyin edilən yeni baş nazir Karen Karapetyan erməni olsa da, Ermənistan vətəndaşı deyildi.
Qeyd edək ki, bütün bunlara diqqət çəkən erməni saytları həmin ərəfədə hər şeyin «yaxşılıqla» sonuclandığını güman etsələr də, indi bunların müvəqqəti ilğım olduğunu, yəni həmin dövrdəki «çöküntü»lərin yavaş-yavaş üzə çıxdığını etiraf etmək məcburiyyətində qalıblır.
Yeri gəlmişkən, maraqlı nüanslardan biri də Ermənistandakı «məxməri inqilab»dan bir qədər əvvəl «Artfud» şirkətinin taleyi, dəqiq desək, satılması ilə bağlıdır. Qeyd edək ki, bir müddət şirkətin yeni sahibinin adı gizli saxlanılsa da, bu günlərdə şirkətin yeni sahibinin, Karen Karapetyan hökumətinin təşəbbüsü ilə yaradılan «İnvestorlar Klubu»nun üzvü, rus milyarderi Kamo Avagumyanın olduğu üzə çıxıb.
Maraqlıdır ki, ermənilərin «Lragir» saytı Sarkisyanla bağlı son yaşantılarda bəzi məsələlərin hələ də açıq qaldığını bildirir. Təbii ki, bu məsələlərdən ən önəmlisi sabiq Kənd Təsərrüfatı naziri Serqo Karapetyanın xoşagəlməz əməli ilə bağlıdır. Sayt, Serj Sarkisyanın əleyhinə ifadənin, doğrudanmı Serqo Karapetyan tərəfindən verildiyini sual kimi qoysa da, əslində bunu sabiq hakimiyyətin reallıqlarından biri kimi qəbul edir. «Lragir» də əvvəlki hökumət mühitində xəyanət mövzusunun dərin köklərə gedib çıxdığını etiraf etmək məcburiyyətində qalır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
01.06.2020
Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info