DİN-in polkovniki təqaüdə göndərilib
Tarix: 05.12.2019 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini – “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, C.Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bununla əlaqədar keçirilən yolasalma mərasimində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, DİO əməkdaşlarının cinayətkarlıqla mübarizədə, respublikada ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunması sahəsində fədakar xidmətinin təbliğ olunmasında göstərdiyi peşəkarlığı, Mətbuat Xidmətinin rəis müavini, redaktor kimi 25 illik qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. V.Eyvazov bundan sonra da ona yaradıcılıq uğurları arzulayıb, qazandığı təcrübəni gələcəkdə də gənclərlə bölüşəcəyinə, onların Vətənə, dövlətçiliyə, anda sədaqət ruhunda tərbiyə olunmaları, cəmiyyətdə polisin yüksək nüfuzunun və imicinin qorunub-saxlanması işinə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, polis polkovniki Cavid Xaspoladovun xidmətləri fəaliyyəti ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “İgidliyə görə” medalı ilə təltif olunub, DİN-in bir çox mükafatlarına layiq görülüb. Sonda nazir Vilayər Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını C.Xaspoladova təqdim edib. Yüksək diqqət və qayğıya, xoş sözlərə görə minnətdarlığını bildirən Cavid Xaspoladov öz bilik və bacarığını, təcrübəsini bundan sonra da əsirgəməyəcəyinə, polisin şərəfini daim uca tutacağına söz verib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Azərbaycan diasporunun nümayəndələri Daşkənddə 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd ediblər
19.01.2020
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi
18.01.2020
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18.01.2020
Ermənistan silkələndi: Ard-arda iki zəlzələ
18.01.2020
Bakıda yeznə qayınanası tərəfindən döyülüb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info