İranda 7421 nəfər deputatlığa namizədliyini irəli sürüb
Tarix: 06.12.2019 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“İranda keçiriləcək 11-ci Parlament seçkilərində 7421 nəfər namizədliyini irəli sürüb”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Seçki Qərargahının sözçüsü Seyid İsmail Musəvi deyib.
Artıq 5 gündür ki, deputatlığa namizədlik üçün qeydiyyata başlanılıb.
İ.Musəvi deyib ki, namizədlərin ən çoxu Fars, Xuzestan, Rəzəvi Xorasan, İsfahan və Tehran əyalətlərindən qeydiyyata alınb.
Onun sözlərinə görə, namizədliyini irəli sürən şəxslərdən 821 nəfəri qadın, 6600 nəfəri isə kişidir.
Namizədlərdən 4 faizi bundan öncə də deputat olublar. Digər 4 faizi dini təhsil alanlar, 13 faizi doktorluq dərəcəsi alanlar, 78 faiz maqistratura məzunu, 5 faiz isə şəhadətnamə və daha aşağı təhsil sənədinə sahibdir.
Qeyd edək ki, dekabrın 1-dən İranda 11-ci çağırış deputatlığa namizədlərin qeydiyyata alınmasına başlanıb. Namizədlərin qeydiyyata alınması prosesi 7 gün ərzində həyata keçirilir.
İranda parlament seçkiləri 4 ildən bir keçirilir. 11-ci çağırış parlamentə seçkilər 2020-ci il fevralın 21-də baş tutacaq. Seçkilərdə iştirak etmək hüququna malik 55 milyon nəfər var.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Yəmən ordusunun düşərgəsi raket atəşinə tutulub, çox sayda ölən var
18.01.2020
Liviya milli neft korporasiyası fövqəladə vəziyyət elan edib
18.01.2020
Somalidə partlayış baş verib, ölən və yaralananlar var
18.01.2020
ABŞ hökuməti vətəndaşlarını İtaliyada ehtiyatlı olmağa çağırıb
18.01.2020
NATO ilk hava-yer müşahidə dronunu təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info