“Saxla, düşürəm!“ - təyyarədə insident
Tarix: 06.12.2019 | Saat: 01:40:00 | E-mail | Çapa göndər






"Onu tutub vurmağa hazırlaşırdım. Amma bu dəm stüardessa da işarə etdi ki, deyəsən, onun ağlı yerində deyil"
"British Airways" aviaşirkətinə məxsus təyyarədə insident yaşanıb. Panikaya düşən sərnişini sakitləşdirmək üçün yol yoldaşları və stüardessalar "tər tökməli" olublar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Guardian" yazıb.
Hadisə dekabrın 2-də Londondan Ər-Riyada uçan təyyarədə baş verib. Təyyarə enməyə hazırlaşarkən qəfildən sərnişinlərdən biri yerindən qalxıb və "mən çıxmaq istəyirəm" bağırtıları ilə quyruq hissədəki qəza çıxışının qapısını açmağa çalışıb.
Təsadüfən sərnişinlər arasında britaniyalı boksçu Dillan Uaytın qardaşı Din olub.
"Elə bil, kinoda idik. Onu tutub vurmağa hazırlaşırdım. Amma bu dəm stüardessa da işarə etdi ki, deyəsən, onun ağlı yerində deyil. Ona görə də sadəcə tutub saxladım və sakitləşdirməyə çalışdım. Nəhayət, alındı", - boyu iki metrə çatan Din Uayt bildirib.
Aviaşirkətdən məlumatı təsdiqləyərək bildiriblər ki, həmin sərnişin digərləri üçün təhlükə törətməyib. Həmçinin əlavə ediblər ki, stüardlar uçuşun sonunadək panika keçirən kişinin yanında qalaraq hadisənin təkrarlanmasına yol verməyiblər.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Hər gün çeçələ barmağı özünə tərəf çək
19.01.2020
Ayağında ülgüc olan xoruz adam öldürdü
18.01.2020
Günəş enerjisi ilə işləyən təyyarə ilk dəfə stratosferə qalxacaq
18.01.2020
Dünyanın ən varlı şəxslərinin reytinqidə lider dəyişib
17.01.2020
“Yüngül” siqaretlər “ağır“lardan daha ziyanlıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info