Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
Tarix: 06.12.2019 | Saat: 03:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin “Nəsimi ili” elan olunması ilə bağlı dövr ərzində silsilə tədbirlər keçirilib.
Trend-in məlumatına görə, tədbirlərin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulmuşdur.
Əsərin xoreoqrafik quruluşu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova həvalə olunmuşdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.
Hazırda yaradıcılıq prosesinə start verilmiş “Nasimi Passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 15- 50 manat təşkil edir. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Əlaqə nömrəsi: 012-441-21-31




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Amerikalı pop ifaçı Ariana Qrande plagiatda günahlandırılır
18.01.2020
“Şəhərin qış gecələri” tamaşasının premyerası olub
17.01.2020
Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
17.01.2020
“YARAT”da Koreya istehsalı olan film göstəriləcək
17.01.2020
Akademik Musiqili Teatrda “İstintaq”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info