Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
Tarix: 06.12.2019 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın Malayziyadakı Səfirliyinin təşəbbüs və dəstəyi, həmçinin Malayziyada fəaliyyət göstərən “GM Travel House” şirkətinin təşkilatçılığı ilə bu ölkənin 220 turizm şirkətindən nümayəndə heyətinin ölkəmizə səfəri davam etməkdədir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, hər biri 44 nəfərdən ibarət olmaqla 5 fərqli qrupa bölünən nümayəndə heyətinin ilk hissəsi cari ilin 10 noyabr tarixində Azərbaycana gəlmişdir. Nümayəndə heyətinin sonuncu qrupunun səfəri 15-18 dekabr tarixlərinə nəzərdə tutulub.
Şirkət nümayəndələri ölkəmizin turizm potensialı, o cümlədən mədəni-tarixi obyektləri, milli mətbəxi, ekoturizm şəraiti, mehmanxana imkanları, ölkədaxili nəqliyyat infrasturkturu və yerli tərəf müqabili şirkətlərlə tanışlıq məqsədilə səfər etməkdədirlər. Qeyd edək ki, bu, Malayziyanın turizm şirkətlərindən Azərbaycana indiyə qədər səfər etmiş ən geniş nümayəndə heyəti sayılır.

Məsələ ilə əlaqədar ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev Azərbaycan-Malayziya münasibətlərində turizm sahəsinin xüsusi yer tutduğunu, bir çox xüsusiyyətlərinə görə Azərbaycanın malayziyalı turistlər üçün yeni və cəlbedici marşrut olduğunu bildirib. Xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsində turizmin xüsusi önəminin olduğunu vurğulayan səfir, iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün Azərbaycan və Malayziyanın dövlət və hökumət başçılarının aydın və güclü iradəsinin mövcudluğunu vacib amil kimi qeyd edib.
Malayziyada yaşayan özbək icmasının fəallarından, eyni zamanda təşkilatçı “GM Travel House” şirkətinin direktoru Gulnora Khamidova isə səfərin uğurla davam etdiyini, təmsil etdiyi şirkətin belə bir təşəbbüsə qoşulmasından məmnun olduğunu bildirib. O, həmçinin Azərbaycanın malayziyalı turistlər üçün oxşarsız zənginlik, istirahət və məkanlar təklif etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
17.01.2020
Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
15.01.2020
Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
10.01.2020
İki minədək turist Yeni ili Naftalanda qarşılayıb
08.01.2020
Ötən ilin 11 ayı ərzində İspaniyada 79,3 milyon turist dincəlib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info