Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
Tarix: 06.12.2019 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Bu gün Ermənistanın Milli Statistika Komitəsi arxada qalmaqda olan 2019-cu il üçün ölkədə ümumi xarici sərmayənin 128 milyard dram təşkil etdiyini bildirir. Maraqlıdır ki, bu sərmayəyə ölkəyə gətirilən xammal və bu xammal üçün edilən ödənişlər və ya kreditlər də daxil edilir”.
Bunu “Çiçəklənən Ermənistan” partiyasından deputat Mikael Melkumyan parlamentin iclasında 2020-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Təmsil etdiyi siyasi partiyanın yanaşmalarını hakimiyyətin siyasətindən fərqli olduğunu bildirən Melkumyanın sözlərinə görə, xammal üçün ödəmə investisiya hesab edilə bilməz: “Doğrudur, məqsəd bizim üçün eyni ola bilər, amma yumşaq desək, görülən işlər yetərli deyil. Bir neçə dəfə demişəm ki, bu gün ölkədə investorlarla işləmək reallığı elə də əks etdirmir. Bəzi rəsmi məlumatlar sübut edir ki, qanunvericiliyə düzəlişlər etməklə və ya inzibati yollarla Ermənistanda böyük sərmayə cəlb etmək mümkün deyil”. Ermənistanla bağlı maraqlı bir nüansı ölkənin maliyyə naziri Atom Djandjugazyan da səsləndirib. Ölkə parlamentindəki çıxışı zamanı o Ermənistanı dövlət borcu az olan bir ölkə kimi təsnif edib. Nazir, Ermənistanın gələn il ərzində yalnız müstəsna hallarda borc almağı planlaşdırdığını da xüsusi qeyd edib. Xatırladaq ki, 2020-ci ilin sonuna qədər Ermənistanın dövlət borcunun 7,3 milyard dollar olacağı gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info