Paşinyanın xarici siyasəti fəlakətə aparır
Tarix: 06.12.2019 | Saat: 22:01:00 | E-mail | Çapa göndər



Ermənistan Respublika Partiyasının sədr müavini, parlamentin xarici əlaqələr üzrə komitəsinin sabiq rəhbəri Armen Aşotyan dekabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son bir ildə aparılan danışıqlarda Ermənistanın mövqeyi tamamilə iflasa uğrayıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın münaqişə haqqında hər şeyi bildiyi və prosesi öz nöqteyi-nəzərindən başlayacağı barədə bəyanatının isə lovğalıqdan başqa bir şey olmadığı üzə çıxdı.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Aşotyan əlavə edib: “Son bir ildə xarici siyasətdə Paşinyan-Mnatsakanyan cütlüyünün tərəddüdləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-müəyyən mövqeyi gələcəkdə böhrana və fəlakətə gətirib çıxara bilər. Bu səbəbdən onlar Sarkisyan və Nalbandyanın iştirak etdikləri danışıqlar paketinə qayıtmalı olublar”.
Siyasətçi qeyd edib ki, Paşinyanın siyasəti erməni cəmiyyətində ixtilafa səbəb olur, vətəndaşlar arasında hökumətə yaxınlıq kontekstində ayrı-seçkilik daha da güclənir. “Bu komponentin bir hissəsi də Ermənistanın siyasi sisteminin yenidən formalaşdırılmasıdır. Əgər Paşinyanda azacıq ağıl qalıbsa, onda gələn il növbədənkənar parlament seçkiləri keçirilməsi barədə imitasiya yaratmalıdır. Qanunverici orqanın ictimai və siyasi sahədə bütün palitranı əks etdirmədiyi aşkardır, parlament zamanla cəmiyyətin tələblərinə cavab verə bilməyəcək”, -deyə o əlavə edib.
Aşotyan vurğulayıb ki, baş nazir siyasət meydanından öz fəaliyyətinin səbəb olduğu tör-töküntünü yığışdırmaq məcburiyyətində qalacaq. Onun sözlərinə görə, böyük siyasi oyuna çevrilən Dağlıq Qarabağ problemini həll etmək üçün hazırkı hakimiyyətə “üzərində öz portreti olan corab və şamlar yox”, vahid siyasi təfəkkür lazımdır.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb
18.01.2020
Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək
18.01.2020
Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir
18.01.2020
Mənzil və avtomobillə təmin edilən 20 Yanvar şəhid və əlil ailəsinin sayı açıqlanıb
18.01.2020
Dinc addımlar yerinə Ermənistan tərəfindən növbəti təxribatçı bəyanatlar eşidilir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info