Azərbaycanda qadın və kişilərin orta nikah yaşı çoxalıb
Tarix: 07.12.2019 | Saat: 10:59:00 | E-mail | Çapa göndər


Kişilər son 29 ilin rekordunu vurdular

Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi artıb.
Trend-in məlumatına görə, son 29 il ərzində (1989-2018) ilk dəfə olaraq, ötən il rəsmi nikaha daxil olan kişilər arasında ən yüksək orta yaş həddi qeydə alınıb.
Belə ki, keçən il nikaha daxil olan kişilərin orta yaşı 29 olub.
Ümumilikdə götürdükdə, ölkədə nikaha daxil olan kişilər arasında 2002-2003 və 2014-2018-ci illərdə də orta nikah yaşı çox olub.
Ölkədə 2002, 2003, 2014, 2015, 2016-cı illərdə kişilər üçün orta nikah yaşı 28,6 olub. 2017-ci ildə bu yaş göstəricisi bir qədər də artıb. 2017-ci ildə evlənən kişilər arasında rəsmi nikahın orta yaşı 28,8-ə, 2018-ci ildə 29-a yüksəlib.
2018-ci ildə Azərbaycanda rəsmi nikaha daxil olan qadınlar arasında da orta nikah yaşı artıb. Ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990 və 2018-ci illərdə qeydə alınıb.
1990-cı ildə nikaha daxil olan qadınların orta yaşı 24,3 olub ki, bu göstərici son 28 ildə ilk dəfə olaraq, 2018-ci ildə yenilənib. Belə ki, 2018-ci ildə də qadınların orta nikah yaşı 24,3-ə yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb
18.01.2020
“Sovetski“də söküntü işləri dayandırılıdı
18.01.2020
Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq
18.01.2020
Bu il müharibə əlilləri və şəhid ailələrinə yeni evlər veriləcək
18.01.2020
Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info