İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
Tarix: 07.12.2019 | Saat: 11:10:00 | E-mail | Çapa göndər


Son illərdə İran və Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində aktiv şəkildə əməkdaşlıq edirlər.
Bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi Trend-ə özəl açıqlamasında deyib.
M.C.Azəri Cəhrominin sözlərinə görə, İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir və bu sahədə ilkin razılaşmalar əldə olunub.
Azəri Cəhromi əlavə edib ki, iki ölkənin kosmik sahəsində agentlikləri ticarət və elmi sahədə əməkdaşlıqlarını davam etdirirlər.
Nazir İranın dost Azərbaycanla bu sahədə xüsusi işlərin görülməsinə maraq göstərdiyini qeyd edib:
"Rabitə və informasiya texnologiyaları sahəsində İran və Azərbaycan arasında lazımi platforma formalaşıb və bu platforma günü-gündən böyüməkdədir. İki ölkənin özəl sektorları bir-birlərinin mövqeyi və imkanları ilə yaxından tanış olaraq əməkdaşlıq etməlidirlər”.
İranlı nazirin sözlərinə görə, startap sahəsində İran və Azərbaycan arasında əməkdaşlıq artıq formalaşıb. Bu il 3 İran şirkəti Azərbaycanda Yüksək Texnologiyalar Parkında qeydiyyatdan keçib və fəaliyyətə başlayıb.
Azəri Cəhromi deyib ki, ötən il Bakutel sərgisində iştirak edən İran şirkətlərinin sayı 12 idisə, bu il bu say 15-ə çatıb.
İran, Azərbaycan, Rusiya və Türkiyə arasında startap gəlirlərinin inkişaf etdirilməsi ilə bağlı platforma yaradılmasına diqqət çəkən nazir deyib ki, 4 ölkənin startap şirkətləri bir-birləri ilə əməkdaşlıq edəcəklər:
"Bu platforma ticarət baxımından əhəmiyyətlidir. Bununla əlaqədar Bakıda və Tehranda iclaslar keçirilib və birgə layihə üzrə razılaşma əldə olunub. Hər bir ölkə onun 500 min dollarını təmin edəcək və hazırda bu layihənin hüquqi tərəfi həyata keçirilməkdədir".




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək
17.01.2020
1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi
16.01.2020
Baş Nazir Əli Əsədov Mixail Mişustini təbrik edib
16.01.2020
“Bir nəfər 10 dairədən namizədliyini irəli sürə bilər, amma bir dairədən qeydə alınır“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info