YPG/PKK sıralarından qaçan gəncin etirafları
Tarix: 07.12.2019 | Saat: 11:21:00 | E-mail | Çapa göndər



Suriyada silah təzyiqilə qoşulduğu terror təşkilatı YPG/PKK sıralarından qaçan ərəblərdən olan Abdulgani Ali Xəlil əl-Handak təşkilatın xüsusilə ərəbləri yaxaladığını və ön cəbhələrə göndərdiklərini söyləyib.


“Sülh çeşməsi” əməliyyatından əvvəl YPG/PKK terrorçuları tərəfindən silahlandırılan Handak térror təşkilatının ərəblərə qarşı mövqeyini və terror təşkilatından qaçaraq Suriya Milli Ordusuna (SMO) təslim olma heyakəsini Tel Abyaddakı Anadolu agentliyinə (AA) danışıb.
23 yaşındakı Handak "Təşkilata qoşulmaq məcburiyyətində qaldım. Məni tutmamaları üçün onlardan iki il qaçdım. Yük maşını sürdüm. 2019-cu ilin əvvəllərində bir gün Karakozakda məni tutdular. Oradan məni Aynularabın (Kobani) qərb kəndindəki düşərgələrə apardılar" deyib.
Haseki vilayətində təzyilə tutulduğunu və silahlı təlimlərə tabe tutulduğunu ifadə edən Handak "Təhsil keçənlər arasında Suriyadan olanlarla yanaşı İraqın Kandil bölgəsindən gələn PKK mənsubları vardı. Bizə `dövlət quracaqlarını, Türkiyəni vuracaklarını və hər kəsin gedəcəyini, onların qalacağını` söyləyirdilər" deyib.

Handak "Ən çox ərəbləri yaxalayıb silahlandırırdılar. Ərəbləri cəbhə bölgələrinə göndərərdilər, ancaq özləri arxada dayanırdılar. Bizə qarşı ayrı-seçkilik edirdilər" deyə bildirib.
“Sülh çeşməsi” əməliyyatları başlamazdan 10 gün əvvəl SMO əsgərlərilə əlaqə saxladığını qeyd edən Handak "Təxminən 9 ay onlarla birlikdə qaldım. (Əməliyyatdan əvvəl) Qaçsam ailəmi köç etdirəcəklərdi. Əmim uşaqlarını da tutacaqdılar. Mən onlarla birlikdə qalmalı idim" ifadəsini işlədib.
Handak əməliyyatdan sonra Ayn İsa bölgəsindəki SMO təşkilatından qaçmağı bacardığını dilə gətirib.
Suriyanın Müvəqqəti Hökümət başçısı Mustafa Əbdurrəhman bir gün əvvəl Rasulaynda verdiyi açıqlamada SMO-ya təslim olacaqları təqdirdə YPG/PKK təzyiqlə qoşulub cinayətə qarışmayanları əfv edəcəklərini bildirmişdi.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Putin müddətsiz hakimiyyət barədə fikirlərini açıqladı
18.01.2020
Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar
18.01.2020
Mətbuat evindəki yanğında şübhəli məqamlar
18.01.2020
Daşkənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
17.01.2020
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin meyiti tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info