Putin Ərdoğanı Qələbə paradına çağırıb
Tarix: 07.12.2019 | Saat: 11:27:00 | E-mail | Çapa göndər



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin may ayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qələbə paradınba dəvət edilib. Rusiyanın Türkiyədəki səfirliyi Qələbə paradında iştirak etmək üçün Ərdoğana dəvət məktubu göndərib. Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Hələlik Türkiyə tərəfi rəsmi dəvətə cavab verməyib. Lakin dəvət qəbul edilərsə tarixdə ilk dəfə Türkiyə lideri Qırmızı Meydanda keçiriləcək parada qatılmış olacaq. Siyasi analitiklər bu dəvətin iki ölkə arasındakı münasibətlər üçün simvolik bir jest olduğunu bildiriblər.
Xatırladaq ki, R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə ötən il 7, bu il isə 4 dəfə görüşüb.
Gələn il may ayının 9-da Faşist Almaniyası üzərində qələbənin 75 illiyi təntənə ilə qeyd ediləcək. Son məlumata görə, artıq Moskvanın rəsmi dəvətini 17 ölkənin rəhbəri qəbul edib.
Daha öncə ABŞ lideri Donald Tramp da parada dəvət edildiyini, lakin seçki kampaniyası ilə məşğul olduğu üçün ora qatıla bilməyəcəyini demişdi.
Qeyd edək ki, Türkiyə dəvətə hələ ki, cavab verməyib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Berlində Ərdoğanla Putinin görüşü başlayıb
19.01.2020
İran qəzeti: “20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir”
19.01.2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
19.01.2020
Beyrutda toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb
19.01.2020
Yəmən ordusunun düşərgəsi raket atəşinə tutulub, çox sayda ölən var

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info