2020-ci ilin proqnozları
Tarix: 07.12.2019 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Tramp uduzacaq, neft 90 dollara satılacaq, dollar isə...

Danimarkanın "Saxo Bank" investisiya bankı 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən "şokedici", "təəccüblü" və s. kimi xarakterizə olunur.
Milli.Az 2020-ci ilin proqnozlarını təqdim edir.


Neftin 1 bareli 90 dollara çatacaq. Gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.

Tramp yeni vergi tətbiq edəcək və prezident seçkilərini uduzacaq. ABŞ iqtisadiyyatı 2020-ci ildə ticarət balansındakı defisitə görə çətinliklərlə üzləşəcək. Çinlə tariflərlə bağlı saziş də buna yardım etməyəcək. Tramp xaricdə istehsal olunan məhsullardan əldə olunan gəlirin 25%-ni ABŞ-a ödəməyi nəzərdə tutan yeni vergi tətbiq edəcək. Seçicilərin tərkibində liberal düşüncəli şəxslərin üstünlük təşkil etməyə başlamasına görə Tramp 2020-ci il seçkilərini uduzacaq. Demokratlar Partiyası həm prezident kürsüsünü, həm də Konqresin hər iki palatasını nəzarəti altına götürəcək.

Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Macarıstan Avropa Birliyini tərk edəcək.
Avropa Birliyi cəmiyyətə və insan haqlarına ciddi təzyiqlər olduğu üçün Macarıstana qarşı imzaladıqları müqavilənin 7-ci bəndini tətbiq edib. Ölkəsini miqrantların axınından qoruduğunu elan edən Macarstan hökuməti isə get-gedə Türkiyə ilə ortaq soy-kökə bağlılığa vurğu edir. Digər tərəfdən, Avropa Birliyinin Macarıastana illər ərzində ayırdığı maliyyə yardımı isə minimum səviyyəyə enib. Bu isə tərəflər arasında "boşanma" prosesini yaxınlaşdırır.
Digər reallaşmasına inamın az olduğu lakin gerçəkləşə biləcək hadisələr arasında Ceremi Korbinin Böyük Britaniyada parlament seçkilərində qalib gəlməsi, Almaniya iqtisadiyyatında durğunluq və s. var.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Günəş enerjisi ilə işləyən təyyarə ilk dəfə stratosferə qalxacaq
18.01.2020
Dünyanın ən varlı şəxslərinin reytinqidə lider dəyişib
17.01.2020
“Yüngül” siqaretlər “ağır“lardan daha ziyanlıdır
17.01.2020
17 yaşlı qız gülən kimi iflic olur
16.01.2020
Təyyarə yanacağını məktəb ərazisinə tökdü

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info