“Müxalifətçi” qrupların nə dərəcədə iflasa uğraması kifayət qədər sübuta yetirilib
Tarix: 07.12.2019 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Bu gün “müxalifətçi” adlandırılan qrupların nə dərəcədə iflasa uğraması kifayət qədər sübuta yetirilib.
Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, bu günün Azərbaycan gənci ölkəsinin müstəqilliyinin qədrini bilməlidir: “Bu gün əsl müstəqillik dövrüdür və hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil bu reallığı dəyərləndirməli, qiymətləndirməlidir. Belə ki, ölkəmiz kimsədən, hər hansı qüvvələrdən asılı deyil və belə bir faktor da deməyə zəmin yaradır ki, əldə olunmuş müstəqillik məhz gələcəyimiz olan gənclərimiz tərəfindən qorunmalı, inkişaf etdirilməlidir. Bu baxımdan, düşünürəm ki, özlərini “müxalifət liderləri” adlandıran qaragüruhçular dəstəsi əldə edilmiş azadlıq məfhumunun itirilməsi üçün göstərdikləri cəhdlərə görə tarix və xalq tərəfindən cəzalandırılacaqlar”.

Siyasi ekspert əlavə edib ki, onların xarici ölkələrdən umduqları dəstək də artıq puç olub: “Biz görürük ki, vaxtilə xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif anti-Azərbaycan xarakterli təşkilatlarla sıx təmaslar quran qaragüruhçu ünsürlərin həmin qapıları da bağlanıb. Artıq həmin dairələr də əllərini onlardan üzüblər. Fakt budur ki, müxalifətçilik adı altında miqrant alveri, saxta mühacirlik sənədləri ilə Avropa ölkələrinin hüquq-mühafizə orqanlarının hədəflərinə tuş gələn bu adamların hətta havadarları tərəfindən də rədd edilmələri göz önündədir. Yəni zamanında onlara pul, maliyyə buraxan, donorluq edən qurumlar da həmin fəaliyyətlərindən imtina etməklə, əllərini belə qruplardan üzüblər. Çünki yaxşı bilirlər ki, sonda həmin əməllərinə görə, bu qurumlar da çətin vəziyyətdə qalacaqlar”.

Baş redaktor deyib ki, Azərbaycanın müstəqillik tarixində xüsusi və önəmli yeri olan “SƏS” qəzeti vasitəsi ilə “Qızıl 91”lərin bir qisminin növbəti dəfə ölkə Prezidenti cənab İlham Əliyevə ünvanladıqları müraciətləri də belə qənaətə gəlməyə kifayət qədər əsas verir ki, müstəqil və güclü, qüdrətli Azərbaycan dövləti, xalqı yalnız zəfərlərə, qələbələrə doğru dönməz istiqamət alıb və bu yolda xalq-iqtidar vəhdətinin sarsılmaz birliyi də öz sözünü deməkdədir:
“Ümumiyyətlə, artıq xalq necə deyərlər, tükü-tükdən ayırmağı bacarır və söz yox ki, Prezident İlham Əliyevin irəli sürdüyü tezislərindən məntiqi nəticələr çıxarır. Bu məntiq isə müstəqilliyimizin əbədi, dönməz olduğunu bir daha təsdiq edir”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
20 Yanvar faciəsini törədənlərin heç biri bu günə qədər cəzalarını almayıb
18.01.2020
Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək
18.01.2020
Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir
18.01.2020
Mənzil və avtomobillə təmin edilən 20 Yanvar şəhid və əlil ailəsinin sayı açıqlanıb
18.01.2020
Dinc addımlar yerinə Ermənistan tərəfindən növbəti təxribatçı bəyanatlar eşidilir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info