Bu ilin on ayında Şəkinin otel və mehmanxanalarında dincələn turistlərin sayı 25,4 faiz artıb
Tarix: 08.12.2019 | Saat: 01:59:00 | E-mail | Çapa göndər



Bu ilin 10 ayında Şəki rayonundakı otel və mehmanxanalarda 14,3 min nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 6,3 min nəfəri və ya 44,1 faizi Azərbaycan, 8 min nəfəri və ya 55,9 faizi xarici ölkə vətəndaşı olub. Otel və mehmanxanalarda yerləşdirilən şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 min nəfər və ya 25,4 faiz artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, on ayda Şəkinin otel və mehmanxanalarında yerləşən əcnəbi turistlər arasında Çin vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 1921 nəfər vətəndaşı Şəkinin mehmanxana tipli müəssisələrində gecələyib. Ümumiyyətlə, on ayda otel və mehmanxanalarda yerləşdirilən xarici turistlər arasında Cənubi Koreya, Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Yaponiya, Fransa, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və İrandan olanlar üstünlük təşkil edib.
Bu dövrdə Şəki şəhərində əhaliyə və turistlərə 16 otel və mehmanxana tipli müəssisə xidmət göstərib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
17.01.2020
Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
15.01.2020
Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
10.01.2020
İki minədək turist Yeni ili Naftalanda qarşılayıb
08.01.2020
Ötən ilin 11 ayı ərzində İspaniyada 79,3 milyon turist dincəlib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info