Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
Tarix: 08.12.2019 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə ön xətdə yerləşən "N" hərbi hissəsində hərbi qulluqçularla görüşüb, nahar süfrəsi arxasında söhbət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu görüş onların yaddaşında həm səmimiliyi ilə, həm də mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi qalacaq. "N" hərbi hissəsində nümunəvi xidməti ilə seçilən Əsgər İqor Rıskin də Müdafiə naziri ilə bu görüşü həmişə xoş duyğularla xatırlayacaqdır.
Əsgər İ. Rıskin Bakı şəhərində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Uçuş mühəndisliyi fakültəsini 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib. Aviasiya Akademiyasını ingilis dilində fərqlənmə diplomu ilə bitirməsi onun savadlılığına, söhbətləri, məntiqli, məzmunlu, rabitəli danışığı isə dünyagörüşünün genişliyinə dəlalət edir. "Göyləri sevirəm, pilot olacağam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə qürurlanmasından da fəxr edirəm", - kəlmələri isə vətənsevərliyini təsdiqləyir.

Əsgər İ. Rıskinin Müdafiə naziri ilə görüşündən təəssüratları: “Məhz bu hərbi hissədə xidmət etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən, özümə məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək, söhbətləşmək - bu duyğuları, - o anları necə yaşadığımı ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm. Nə gizlədim, hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin böyük sayğılarla "Bəlkə gələcəkdə hərbi xidmətini davam etdirəsən?" - təklifi mənim düşüncələrimi tərpətdi. Deyəsən, hərbçi olacam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu olacam”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Horadiz məscidində şəhidlərin ruhuna dualar oxunub
18.01.2020
Abşeron rayon rəhbərliyi 20 Yanvar şəhidlərinin ailələri və əlillər ilə görüşüb
18.01.2020
Daha üç kafedə saxta spirtli içki aşkarlandı - 43 adda
18.01.2020
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb
17.01.2020
“Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi “ dərsi Masallı şəhər Heydər Əliyev Mərkəzində

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info