Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
Tarix: 09.12.2019 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan müxalifətində yaşanan qalmaqallı hadisələr səngimək bilmir. Bir arzuolunmaz və anormal olayın digərini əvəzlədiyi müxalifət partiyaları və ümumən bu düşərgə hazırda ən ağır günlərini yaşayır. İlin əvvəlindən Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP), Müsavat, REAL, “milli şura”, müxalif mühacirlər və digər müxalif təşkilatlar o qədər qalmaqallar, ifşa olunan mənfi əməllər, intriqalarla yadda qaldılar ki, hazırda bu olayları saymaqla bitməz. Daha bir intriqa və qalmaqal isə ilin sonuna doğru İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında yaşanıb. Belə ki, sabiq Müsavat başqanı İsa Qəmbərlə "milli şura"nın üzvü olan Gültəkin Hacıbəyli arasında “müavin” söz-söhbətiı yenidən alovlanıb. Gültəkin Hacıbəyli özünün "Facebook" səhifəsində yazıb: "İsa Qəmbər bildirib ki, gərək mən onunla ikilikdə aramızda olan söhbəti ictimailəşdirməyəydim. Söhbət onun mənə 2013-cü ilin payızında Müsavat partiyasının Beynəlxalq məsələlər üzrə başqan müavini vəzifəsini təklif etməsindən gedir. İmtina etmişəm və hesab edirəm ki, düz etmişəm, lakin bu təklifdən imtina etməyim nə məni böyütməyib, nə İsa bəyi kiçiltməyib. Siyasətdə belə təkliflər də, imtinalar da çox olur və bu normal haldır. İkincisi, hər şeyə rəğmən İsa bəyin bu faktı etiraf etməsi onun səviyyəsinin göstəricisidir, çünki, təəssüf ki, Azərbaycan siyasətində heç də hamı bu keyfiyyətilə fərqlənmir, əksinə, vaxtilə məni öz təşkilatlarına dəvət edən bəziləri indi bunun əksini iddia edərək üzümə dururlar ki, guya mən hətta heç bir strukturu olmayan, ikinci kurs tələbələrinin belə qoşulmaqdan imtina etdiyi və 5-6 nəfər üzvü olan təşkilatda "sobesedovaniyadan" keçməmişəm. Heyf ki, çox şeyləri demək olmur... İsa bəy onda da haqlıdır ki, iki nəfər arasında olan söhbət ictimailəşməməlidir və mən həyatım boyu belə davranmışam. Düzdür, İsa bəyin təklifi şəxsi söhbət deyildi, ən böyük müxalifət partiyalarından birinin idarəetməsilə bağlı idi, amma mən yenə də bu söhbəti açmadım, ən doğma bildiyim insanlardan, məsələn, Cəmil müəllimdən başqa illərlə heç kimlə bölüşmədim. Hörmətli İsa bəy, mən bunu istəmirdim və etməzdim də, məni bu söhbəti ictimailəşdirməyə müsavatçılar məcbur etdi. Hər addımda məni keçmişimlə vuran, mənə qarşı ardıcıl kampaniyalar aparan, on ildir etdiyim fədakarlıqları, verdiyim qurbanları görməzdən gələn və bütün həyatı boyu etdiyim imtinaların bir faizini etməyəcək bəzi partiyadaşlarınız. Və mən məcburiyyət qarşısında, sadəcə, onların yadına salmalı oldum ki, mənim Milli Məclisin deputatı olduğum 2000-2010-cu illər təqvimdə başqan müavini vəzifəsi üçün təklif aldığım, həm də müsavatçıların yekdil səsilə “milli şura”nın komitə sədri seçildiyim 2013-cü ildən əvvəl gəlir...".
Ardınca G.Hacıbəyli daha da aqressiv şərh yazıb: "Bəzi müsavatçılar kütləvi şəkildə bu statusun altına mənim İlham Əliyevin təbliğat mitinqimdəki çıxışımı yükləyirlər. Onlara bu statusun mahiyyəti hələ də çatmayıb. Yaxşı, mən pis idimsə, niyə məni partiyanızın rəhbərliyinə dəvət edirdiniz, MŞ-ya komitə sədri seçirdiniz?! Bunu düşünmək əvəzinə zombi kimi bir ucdan yükləyirlər"
İsa Qəmbər isə elə bu statusun altından şərh yazaraq bildirib ki, Azərbaycan ictimai-siyasi arenasında ən çox tənqid olunan - haqlı ya haqsız, səmimi ya qərəzli- şəxslərdən biri Gültəkin Hacıbəylidir: "İradlar demokratik düşərgədən gələndə Gültəkin xanımın cavab üçün istifadə etdiyi əsas arqumentlərdən biri də təxminən belə olur: "Müsavat başqanı İsa Qəmbər mənə təkidlə partiyanın beynəlxalq siyasət üzrə başqan müavini postunu təklif edib 2013-cü ilin payızında, mən imtina etmişəm." Gültəkin xanım məram və niyyətlərin dəqiqləşdirilməsi üçün edilən söhbəti "təkidli təklif" kimi dəyərləndirirsə, mübahisə etməyəcəm. İki nəfər arasında söhbətin elə yalnız iki də şahidi var. Məncə aydın məsələdir ki, kiməsə vəzifə təklif etmək onu toxunulmaz etmir, tənqiddən təminat vermir. Bu mövzuda diskussiyalıq bir şey yoxdur. Başqa bir məqamı vurğulamaq istəyirəm. Hörmətli Gültəkin xanım, mən sizə Xarici Siyasət üzrə müavin vəzifəsini təklif etmişəmsə də, hər halda Daxili Siyasət üzrə müavin vəzifəsi təklif etməmişəm. İndi də düşünürəm ki, siz özünüzün bilavasitə funksiyalarınızı həyata keçirməklə yanaşı, daha toparlayıcı mövqe tutsanız təmsil etdiyiniz quruma və bütövlükdə demokratik düşərgəyə daha çox fayda gətirmiş olarsınız".
G.Hacıbəylinin bu statusuna yazılan şərhlərdə isə müsavatçılarla "milli şura" təmsilçiləri bir-birini təhqir atəşinə tutub.
Bu ilk hal deyil ki, “milli şura” rəhbərləri ilə Müsavat eləcə də REAL rəhbərliyi arasında qalmaqal yaşanır. Əvvəllər də oxşar ittiham və ağır ifadələrlə müşahidə edilən ifşa xarakterli söz davalarını görmüşük. İndiki halda isə görünən odur ki, “bu xəmir hələ çox su aparacaq…”. Nə radikal müxalifət partiyaları ortaq məxrəcə gəlib mehriban olduqlarını göstərən deyillər, nə də birləşib konkret təşkilat və ya qurum yaradan. Elə iyirmi əvvəl olan intriqalar, düşmənçiliklər necə idisə indi də belədir, bundan sonra da belə olacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info