Aİİ tələbəsi Sumqayıtın Cümə məscidində moizə edib
Tarix: 10.12.2019 | Saat: 11:25:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun dörd tələbəsi Sumqayıt şəhərinin Cümə məscidini ziyarət edib, namaza qatılıb. Bölgə qazısı Hacı Rauf Sərdarov tələbələrin moizə etməsi üçün şərait yaradıb. İnstitutun Dinşünaslıq ixtisası üzrə ikinci kurs tələbəsi Fərid Qasımzadə inanclılar qarşısında “Ailə və cəmiyyət” mövzusunda xütbə ilə çıxış edib.
F. Qasımzadə xütbədə İslam dininin sağlam cəmiyyət qurmaq məqsədi ilə ailə müəssisəsinin möhkəm təməllər üzərində qurulmasına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Bildirib ki, ailə münasibətlərini İslamın bizə tövsiyə etdiyi mənəvi tellər üzərində qurduğumuz təqdirdə, cəmiyyət üçün milli-mənəvi dəyərlərə sahib çıxan fərdlər yetişdirmək mümkündür. Ailənin sağlam cəmiyyətin və güclü dövlətin təməli olduğunu bildirən F. Qasımzadə insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında, xalqın milli-mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsində ailənin xüsusi rol oynadığını bildirib. Fərid Qasımzadənin çıxışı moizədə iştirak edən insanlar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda iki – Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. İnstitutda din xadimi kimi fəaliyyət göstərəcək tələbələrin hazırlığına xüsusi diqqətlə yanaşılır. Onlara dəstək üçün müxtəlif tədbirlər həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Bakı Slavyan Universitetində təhsil alan əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər
20.01.2020
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat davam edir
18.01.2020
Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı
17.01.2020
UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
17.01.2020
Elm Tarixi İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info