Müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdünün təyinatı elektronlaşdırılıb
Tarix: 10.12.2019 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərini istifadəyə verib. Təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən aparılan islahatların bir istiqaməti əmək, məşğulluq, sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində təkmilləşdirilməsi və şəffaflaşdırılması, vətəndaşlara proaktiv xidmətlər sisteminin qurulmasıdır. 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi tətbiq olunur. Bu ilin oktyabr-noyabr aylarında isə nazirlik uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinətin və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin e-təyinat mexanizmlərini istifadəyə verib. Həmin e-sistemlər vasitəsilə bu günə qədər 15 mindən çox şəxsə pensiya, 14 minədək şəxsə müavinət və təqaüd e-qaydada təyin olunub. Nazir müavini qeyd edib ki, bu gündən müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü də elektron qaydada aparılacaq. Bu e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün təyinatı elektronlaşmış olur. Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Bildirilib ki, həmin şəxslərə əlillik təyin edildiyi vaxt bu barədə məlumat nazirliyin “Əlillik” altsistemindən “Sosial ödənişlər” altsisteminə ötürülür və onlara bu altsistem avtomatik olaraq aylıq müavinəti və ya pensiyanı təyin etməklə bərabər, Prezidentin aylıq təqaüdünün təyinatını da həyata keçirir. Bu barədə vətəndaşa SMS göndərilir, habelə həmin şəxs üçün ödəniş kart sifarişi banka göndərilir. Şəxs SMS-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını əldə edir.
Tədbirdə İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi barədə də məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Bakıda bu marşrut kart sisteminə keçir
21.01.2020
Xırdalanda iki küçə təmir olundu
20.01.2020
Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edi
18.01.2020
Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb
18.01.2020
“Sovetski“də söküntü işləri dayandırılıdı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info