Gələn ildən gənclərin startap layihələri maliyyələşdiriləcək
Tarix: 10.12.2019 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Gələn ildən etibarən Azərbaycan Gənclər Fondu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə gənclərin innovativ startap ideyalarının kreditləşməsinə başlayacaq. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib. Onun sözlərinə görə, Gənclər Fondunun vəsaitindən istifadə qaydalarına əsasən kreditləşmə üçün üç fərqli mərhələ nəzərdə tutulur – kiçik, orta və böyük həcmli kreditlərin verilməsi. "Kreditlər üzrə güzəştli faizlərin tətbiqi nəzərdə tutulur. Bundan başqa, Gənclər Fondunun məşğulluq sahəsində də gənclərə əlavə dəstək mexanizmi mövcuddur ki, bu da iş təcrübəsi olmayan, xüsusilə regionlarda olan gənclərin işə cəlb olunarkən onların əməkhaqqılarının müəyyən müddətə subsidiyalaşdırılmasıdır ki, burada əsas məqsəd həm iş təcrübəsi olmayan gənclərə iş təcrübəsi qazandırmaq, həm də sahibkarları stimullaşdıraraq yeni iş yerlərin açılmasına əlavə töhfə verməkdən ibarətdir. Bu fəaliyyət istiqaməti isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti ilə yeni ildən həyata keçiriləcək", - deyə F. Cəfərov qeyd edib. O həmçinin əlavə edib ki, kredit məbləğləri 1 min manatdan 50 min manatadək təşkil edəcək. Faiz dərəcələrinə gəldikdə isə bu dərəcə maksimal olaraq 7% təşkil edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
“Moody’s“: Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur
21.01.2020
Fitch Ratings Azərbaycanın reytinqini ‘BB+’ səviyyəsində təsdiq edib
21.01.2020
“Azərsun Holdinq” 20 Yanvarla bağlı silsilə tədbirlər həyata keçirib
21.01.2020
“Azərişıq” şəffaflaşdırma istiqamətində nələr edib?
21.01.2020
Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info