YAP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib
Tarix: 10.12.2019 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.
APA-nın xəbərinə görə, YAP İdarə Heyətinin iclasında ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğu, əhalinin rifah halının daha da yüksəldiyi, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyi və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir. Bu siyasət xalqın mütləq əksəriyyəti tərəfindən birmənalı şəkildə müdafiə olunur. Bu baxımdan 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir. Çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edib. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
“Milli şura” hüzn günündən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır
20.01.2020
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
19.01.2020
Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info