Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
Tarix: 10.12.2019 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


IDEA Ictimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dekabrın 10-da Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində bal verən ağacların əkilməsi ilə əlaqədar kütləvi aksiya keçirilib. Yüzlərlə könüllünün qatıldığı kütləvi aksiya zamanı 7000 ədəd akasiya ağacı əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsi çərçivəsində təşkil edilib. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda, ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir. Bu xüsusda, nektar və çiçək tozu verən ağaclardan ibarət meşə sahələrinin artırılması ilə yanaşı, gənc ailələr üçün arıçılıq üzrə təlimlərin təşkil edilməsi, onlara bu istiqamətdə dəstəyin göstərilməsi nəzərdə tululur. Arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rol nəzərə alınaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitki aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Xəzərin sahilində yeniləşən Astaram
21.01.2020
Astara rayonunda 20 faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib
21.01.2020
Xəzərdə suyun səviyyəsinin azalmasının səbəbi açıqlanıb
20.01.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
19.01.2020
Deputatlığa 1560 nəfərin namizədliyi qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info