“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
Tarix: 10.12.2019 | Saat: 19:49:00 | E-mail | Çapa göndər



Almaniya jurnalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub

Almaniyanın “Qafqazda siyasət və cəmiyyət” adlı elmi jurnalında AZƏRTAC-ın Siyasi və rəsmi xəbərlər redaksiyasının əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Allahverdinin və Cənub-Şərqi Avropa və Qafqaz Araşdırma Mərkəzinin rəhbəri doktor Xristian Yohannes Henrixin həmmüəllifi olduqları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub. Məqalədə ermənilərin tarixən həyata keçirdikləri təcavüzkar siyasət nəticəsində Azərbaycan torpaqlarının işğal olunduğu qeyd edilib. Münaqişənin yaranma tarixi, eləcə də onun həlli istiqamətində atılan addımlar təhlil olunub.
Qeyd edək ki, “Qafqazda siyasət və cəmiyyət” jurnalı Fridrix Şiller adına Yena Universitetinin Avropa Tədqiqat İnstitutunun rəhbəri, siyasi elmlər üzrə professor Olaf Leissenin rəhbərliyi ilə işıq üzü görüb. Jurnalda Almaniyadan, həm də Qafqazdan olan elm xadimlərinin əsərləri öz əksini tapıb. Məqalələrdə əsasən Azərbaycan, Gürcüstan və Ermənistan cəmiyyətlərində cərəyan edən siyasi proseslərin təhlili aparılıb. Professor Olaf Leisse Cənubi Qafqazın ənənələr və transformasiya arasında qeyri-sabit region kontekstində araşdırılmasını təşviq edərək regionun Avropaya inteqrasiyasında mümkün imkanları və riskləri müxtəlif müəlliflərin təhlili əsasında dəyərləndirib.

Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev isə Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin dekabrın 8-9-da Qətərin Doha şəhərində təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən simpoziumda iştirak edib. “Media qurumları ilə beynəlxalq təşkilat arasında tərəfdaşlıq və həmrəyliyin qurulması: imkanlar və perspektivlər” adlı paneldə geniş auditoriya qarşısında məruzəçi qismində çıxış edən U.Mirzəyev bütün ölkələrə ədalətli və qərəzsiz yanaşma əsasında media və beynəlxalq təşkilatların inteqrasiyasını inkişaf etdirmək məsələsini qaldırıb. Bildirilib ki, dünya mediası və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin timsalında Azərbaycana qarşı təcavüzü, o cümlədən jurnalistlərin qətl edilməsini pisləyən vahid yanaşma işləyib-hazırlamalıdırlar. “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və ölkəmizin ərazisinin 20 faizinin işğalı dövründə 7 xarici və yerli jurnalist öldürüldü. Bu cinayətlərin təşkilatçıları cəzasız qaldı və hətta rəhbər vəzifələr tutdular. Bu gün biz Suriya, Pakistan, Meksika, Filippin, Əfqanıstan, Afrika və digər ölkələrdə də jurnalistlərin və hətta humanitar işçilərin belə hədəfə alındığını görürük. Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, media, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq və həmrəyliyin inkişafı media işçilərinin və informasiya azadlığının qorunmasını təmin edəcək”,- deyə Fondun prezidenti vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğalı ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq təşkilatların yanaşması ictimaiyyəti məyus etdi. Dünya mediası və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını, o cümlədən jurnalistlərin öldürülməsini qınamaq üçün vahid bir yanaşmanın olmaması əməkdaşlığın səmərəliliyinə inamı sarsıdır. Beynəlxalq təşkilatlarla media qurumları arasında əməkdaşlığın ədalətli və bütün ölkələrə qərəzsiz yanaşma şəklində idarə olunmasının zəruriliyinə dair məlumatlılığı artırmaq üçün bütün iştirakçıları qüvvələri birləşməyə və birgə çalışmağa çağırıram.

Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib

Yeri gəlmişkən, Avronest Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən VIII sessiyasında və qurumun komitə iclaslarında Ermənistan nümayəndə heyəti təxribata əl atıb. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin AZƏRTAC-a verdiyi məlumata görə, iqtisadi komitənin iclasında ölkəmizin iqtisadi inkişafı, həyata keçirdiyi regional layihələr, Cənub Qaz Dəhlizi ilə bağlı məlumat verilərkən, erməni deputatlar çıxışlara mane olmağa cəhd göstəriblər. Eyni zamanda, komitədə gündəliyə Cənub Qaz Dəhlizi ilə bağlı məsələnin salınmasının qarşısını almağa çalışıblar.
Amma Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Tahir Mirkişili ermənilərin bütün cəhdlərinin qarşısını alıb və məsələ gündəliyə daxil edilib.
Bundan başqa, sessiyada Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib. Qondarma “erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan deputat dünyada baş verən bütün soyqırımı qurbanlarının xatirəsinin anılmasını xahiş edib. Bundan sonra bütün sessiya iştirakçıları ayağa qalxıb.
Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələrinin beynəlxalq aləmdə qəbul edilmədiyini iştirakçıların diqqətinə çatdırıb, bütün soyqırımı qurbanlarının xatirəsinin, o cümlədən Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımı qurbanlarının xatirəsinin də anılmasına görə sessiya iştirakçılarına təşəkkür edib.
Milli Məclisin deputatı, həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.
T.Mirkişili çıxışında Azərbaycanın təşəbbüsü, Gürcüstan və Türkiyənin də birgə iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, xüsusən də TANAP-ın mühüm əhəmiyyəti, bu layihələrin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə məlumat verib.
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli isə söyləyib ki, mövcud münaqişələrin həllində ATƏT-in böyük potensialı var: “Lakin onu da deməliyəm ki, bu problemlərin həlli üçün həm də siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir. Münaqişələrin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər mühüm əhəmiyyət kəsb edir və ilk növbədə Cənubi Qafqaz xalqlarının marağına cavab verir”.
ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın Xarici İşlər naziri ilə görüşünə toxunan Georgi Tsereteli deyib: “Söhbət zamanı biz mövcud prosesləri - qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı anlaşma olmalıdır. Hesab edirəm ki, bu, münaqişənin sülh yolu ilə həlli üçün əsas vasitədir. Düşünürəm ki, on illər əvvəl meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info