“Yeni nəsil Axısqa türklərinin doğma torpaqlarına qayıtmaları üçün hər bir dəstək verəcəyik”
Tarix: 11.12.2019 | Saat: 00:34:00 | E-mail | Çapa göndər



“14 noyabr 1944-cü ildə Stalin tərəfindən yüz minlərlə Axısqa türkləri Gürcüstan ərazisindən zorla deportasiya olunaraq sovetlər rejiminin müxtəlif yerlərinə sürgün edilib. 20 mindən çox insan bu sürgün həyatında aclıqdan və soyuqdan ölüb. Çoxlarının məzar yerləri belə bilinmir”.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Prezident Administrasiyası Kompleksinin Konqres və Mədəniyyət mərkəzində Axısqa türklərinin deportasiyasının 75-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bu fikirləri bildirib.
R.T.Ərdoğan deyib ki, Türkiyə Axısqa türklərinin hüquqları uğrunda mübarizəyə və yeni nəsil axısqalıların doğma torpaqlarına qayıtmaları üçün dəstək verməyə davam edir və bu məsələ Gürcüstanla, eləcə də Cənubi Qafqazla əlaqələrdə mühüm yer tutur.
Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) və Dünya Axısqa Türkləri Birliyinin (DATÜB) təşkilatçılığı ilə keçirilən tədbirdə Axısqa türklərinin həyatından bəhs edən sənədli film nümayiş edilib.
DATÜB sədri Ziyəddin Kassanov Axısqa türklərinin problemlərinə diqqət ayırdığına görə Türkiyə Prezidentinə təşəkkür edib.
YTB sədri Abdullah Eren bildirib ki, Axısqa türklərinin sürgün həyatından bəhs edən 75 şahidin iştirakı ilə “Şifahi tarixin öyrənilməsinə dair sənədli kitab” da hazırlanıb.
Qeyd edək ki, “Axısqa sürgününün 75 illiyi” proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna və Türkiyədən 30 sürgün şahidi prezident Ərdoğanla görüşüblər.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Braziliyada dövlət neft şirkətinin işçilərinin tətili
19.02.2020
İranda koronavirusa yoluxan iki nəfər ölüb
19.02.2020
Şentop Makrona sərt reaksiya verdi
19.02.2020
Tramp: “Prezident Ərdoğan güclü və sərt liderdir”
19.02.2020
Kruiz gəmisində sərnişinlər çıxarıldı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info