ABŞ-da silahlı insident zamanı biri polis olmaqla 4 nəfər öldürülüb
Tarix: 11.12.2019 | Saat: 03:55:00 | E-mail | Çapa göndər



ABŞ-ın Nyu-Cersi ştatı, Cersi-Siti şəhərində baş vermiş silahlı insident zamanı 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölənlər arasında bir nəfər polis əməkdaşı da var. Digər üç nəfər isə cinayətkarların barrikada qurduqları mağazada öldürülən sakinlərdir. Bildirilir ki, polislər cinayətkarlardan azı ikisini zərərsizləşdirib.
Bundan bir qədər əvvəl “The New York Times” qəzeti bildirmişdi ki, iki nəfər naməlum silahlı Cersi-Siti qəbiristanlığında atışma törədiblər, daha sonra onlar hadisə yerinin yaxınlığında olan mağazaya girərək barrikada qurublar. Silahlılardan biri bundan sonra da atəş açmaqda davam edib.
Hadisə yerinə partlayıcı qurğular üzrə xüsusi komanda, təhlükəsizlik qüvvələri və kamera quraşdırılmış robot cəlb olunub. Ərazidə helikopter də dövrə vurur.
İnsident barədə ölkə prezidenti Donald Trampa da məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Siyəzəndə “Daewoo” yolu keçən kişini vurub öldürdü
20.01.2020
Qəbələdə “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
20.01.2020
Rusiyada hoteldə isti su borusunun partlaması 5 nəfəri öldürüb
19.01.2020
Çində güclü zəlzələ baş verib
19.01.2020
Çexiyada qocalar evində yanğın olub, 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info