Əhməd Əhmədzadə Abşeron rayonunda vətəndaşlarla görüşüb
Tarix: 11.12.2019 | Saat: 13:26:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə dekabrın 11-də Abşeron və Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Görədil kəndində yerləşən Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında Abşeron və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Abşeron və Qobustan rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün boru xətlərinin çəkilməsi, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib.
Hər bir vətəndaşı fərdi qəbul edərək, müraciətini diqqətlə dinləyən Əhməd Əhmədzadə onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi elə yerində həll edilib. Araşdırılmaya ehtiyacı olanlar isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. ASC-nin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq aidiyyəti orqanlara çatdırmaq üçün nəzarətə götürülüb. Görüşdə iştirak edənlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, dekabrın 13-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Şamaxı rayonunda, Rafiq Aslanov isə Ağsu rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.





 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
19.01.2020
Deputatlığa 1560 nəfərin namizədliyi qeydə alındı
19.01.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19.01.2020
Lerikdə qar örtüyünün hündürlüyü 55 santimetrə çatıb
18.01.2020
Horadiz məscidində şəhidlərin ruhuna dualar oxunub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info