Şervin Nəcəfpur Nobel Sülh Mükafatının təqdimat mərasimində iştirak edib
Tarix: 11.12.2019 | Saat: 13:28:00 | E-mail | Çapa göndər


Dekabrın 10-da Osloda Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib. Çox sevindirici haldır ki, Norveçdəki CAN təşkilatının sədri Şervin Nəcəfpur ilk dəfə bu təntənətli mərasimdə iştirak edib. Bir çox ilklərə imza atan, Norveç doğumlu, əslən azərbaycanlı Şervin Nəcəfpur bu mərasimlə bağlı təəssüratlarını bizimlə bölüşüb.
Şervin Nəcəfpur bildirib ki, Norveçdəki Azərbaycan diasporu ilk dəfədir Nobel Sülh Mükafatının təqdimat mərasiminə dəvət olunub: “Təqdimat mərasimində 1000-ə yaxın qonaq var idi; başda Norveç Kral ailəsi, Norveçin Baş Naziri, keçmiş baş nazirləri, millət vəkilləri, nazirlər, ombudsman, səfirlər və Azərbaycanın dostları, Oslonun tanınmış siyasətçiləri Əmir Şeyx və Fatimə Əli Madar, eyni zamanda bir çox diaspor təşkilat rəhbərləri və s. Norveç və Azərbaycan arasında güclü dostluq münasibətlərinə səylərimizin qiymətləndirilməsi CAN təşkilatın sədri olaraq əvəzolunmaz böyük qurur hissinə səbəbdir. Bu mərasimi dəvət olunmağımız göstərir ki, bizim təşkilata iman var, bizi tanıyırlar və dəyər verirlər”.
Şervin Nəcəfpur diaspor təşkilatı sədri olaraq başda 2019-cu il Nobel Sülh Mükafat qalibi Efiopiya Baş Naziri Abiy Əhməd Əliyi təbrik edib. Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb. 43 yaşlı Efiopiya Baş Naziri Abiy Əhməd Əlinin çıxışı şəxsən mənə çox təsir etdi. Xüsusilə bu cümlələri: “Mənim üçün sülh təmin etmək, ağac əkmək və böyütməklə müqayisə edilə bilər. Ağacların böyüməsi üçün suya və yaxşı bir torpağa ehtiyacı olduğu kimi, sülhün bəhrəsini görmək üçün sülh möhkəm bir öhdəlik, sonsuz səbir və xeyirxahlığa ehtiyac duyur”.
O, çıxışında bir çox ilhamverici mövzulara toxundu və bu atmosferə şahid olmaq mənim üçün çox xoşudur. Ən yadda qalan hədisə isə Nobel Sülh komitənin sədri Berit Reiss-Andersenin həyəcandan dolayı mükafatı təqdim etməyi unutması oldu. Bütün zaldakılar güldülər, lakin insan bu hadisədən bu dərsi çıxarır ki, hər kəs insandır və əlbəttə, belə böyük şəxsiyyətlər qarşısında komitə sədri belə, həyəcanlana bilər”.




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Mayın 30-dan 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq
27.05.2020
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info