“Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqda mühüm rol oynayan ölkədir”
Tarix: 11.12.2019 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı dekabrın 11-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. Dövlət Komitəsinin sədri səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, diplomata ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb, Azərbaycan-Qətər arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin önəminə toxunub. Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verərək, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi üzrə ölkəmizdə son illər görülmüş işlərdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini icmalara hərtərəfli dəstək verilir. Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz
dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Komitə sədri vurğulayıb ki, Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılmasının prioritet olması, tolerantlıq,
multikulturalizm ideyalarına sadiqliyimiz, nəticə etibarilə Azərbaycanın beynəlxalq miqyasda nümunəvi məkana çevrilməsini şərtləndirir. Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ötən ay ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Sammitinin önəminə toxunaraq Azərbaycanın bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqda
mühüm rol oynayan ölkə kimi tanındığını vurğulayıb. Dost xalqların oxşar
dəyərlərə sahib olduğunu bildirən səfir ölkələrimizdə multikultural və tolerant ənənələrin, harmonik münasibətlərin mövcud olduğunu bildirib. Dini sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info