Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir
Tarix: 11.12.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir.
BŞTİ-dən bildirilib ki, növbəti aksiya 102 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çərçivəsində şagirdlərə şəxsiyyət vəsiqələri verilib və müvafiq sənədlərin dəyişdirilməsi təmin edilib.
Aksiya dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması məqsədlərinə xidmət edir.
Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsi şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından əhəmiyyət kəsb edir. Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri alması məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırır. Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır. Qeyd edək ki, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiya şagirdlərin təhsil aldıqları məktəbdə müvafiq xidmətlərdən yararlanması imkanlarını artırır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini təkmilləşdirməklə yanaşı, şagird yerdəyişməsi və digər müvafiq hallarda qarşıya çıxan sualların da aradan qaldırılmasına xidmət edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı
14.07.2020
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlandı
14.07.2020
Birləşək- qalib gələk
13.07.2020
Xalqımız hər zaman Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib
13.07.2020
Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Nə edək ki, koronadan yaxa qurtaraq?
3 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
4 Sarayın ləzzətləri: heyva dolması
5 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir


14.07 17:56
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info