Ailə həkiminin göndərişi olmadan müayinə olunan şəxslərin icbari tibbi sığorta haqları müəyyənləşib
Tarix: 11.12.2019 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


İlkin səhiyyə xidməti üçün ailə həkiminə müraciət etmədən öz səhiyyə rayonunda xəstəxanaya gedib müayinə olunan şəxslərin icbari tibbi sığorta haqları müəyyənləşib.
APA-nın xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib ki, öz səhiyyə rayonunda ailə həkiminə müraciət etmədən xəstəxanaya gedib müayinə olunan şəxslər 5 manat, öz səhiyyə rayonunda, amma qeydiyyatda olmadığı rayonda müayinə üçün 5 manat, stasionar xidmət üçün 30 manat ödəməlidirlər: "Bu qəbildən olan şəxslər digər səhiyyə rayonunda müayinə olunmaq üçün 15 manat ödəməlidirlər. Həmin şəxslər üçün 100 manatadək xidmətlər pulsuz, 100 manatdan yuxarı xidmət haqqı isə 90 manatdır”. O qeyd edib ki, 2017-ci ildən Agentlik tərəfindən Ailə həkimi institutu yaradılıb və bunun tətbiqinə başlanılıb: “Ailə həkimi ilkin səhiyyə xidməti verir. Əgər təcili hal olmasa, ailə həkimi tərəfindən digər xəstəxanaya göndəriş verilir”. Ş. Eyvazov ödəniş zənciri ilə bağlı məsələyə də aydınlıq gətirib: “Məsələn, Qəbələ sakini (təcili tibbi yardıma ehtiyacı olan xəstəni çıxmaq şərtilə) həmin rayon xəstəxanasında heç bir ödəniş etmədən xidməti alacaq. Plandakından fərqli olaraq başqa ixtisas həkiminə getməyə ehtiyac olarsa, o, ailə həkimi tərəfindən göndərişlə digər xəstəxanaya gedir və müayinə olunur. Əgər tibb müəssisəsində müalicəsini ala biləcəksə, bu, pulsuzdr. Əgər Qəbələdə xəstəyə lazım olan xidmət orda yoxdursa, eyni səhiyyə rayonu üzrə digər rayona göndərilir. Müalicə orada da mümkün olmadıqda, göndərişlə Bakıda 3-cü səhiyyə xəstəxanasına gedir. Göndəriş olduğu halda, xidmətlər pulsuzdur”.




 
Bölməyə aid digər xəbərlər
14.07.2020
Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı
14.07.2020
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlandı
14.07.2020
Birləşək- qalib gələk
13.07.2020
Xalqımız hər zaman Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib
13.07.2020
Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11549

1 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
2 Nə edək ki, koronadan yaxa qurtaraq?
3 Ənvər Məmmədxanlı yaradıcılığı beynəlxalq virtual aləmdə
4 Sarayın ləzzətləri: heyva dolması
5 Kitabxananın “Yaradıcı oxucularımız” layihəsi davam edir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info