Yәmәndә davam edәn müharibә nәticәsindә ölənlərin sayı
Tarix: 11.12.2019 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Yәmәn İnsan Hüquqları İdarәsinin rәsmi internet sәhifәsindә yazılır...

Yәmәndә tәxminәn beş ildir davam edәn müharibә nәticәsindә 15 min 420 mülki vәtәndaş hәlak olub, 23 min adam da xәsarәt alıb.
Yәmәn İnsan Hüquqları İdarәsinin rәsmi internet sәhifәsindә 10 dekabr İnsan Hüquqları Günü münasibәtilә hesabat yayımlayıb. Hesabatda Husilәrin hәyata keçirdiyi çevrilişlәr nәticәsindә çox sayda adamın hәlak olduğu vә yaralandığı bildirilib.
Hesabatda Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәrinin 2014-cü ildәn etibarәn Husilәrin nәzarәtindә olduğu vә 2019-cu ilin oktyabr ayınadәk davam edәn müharibә nәticәsindә tәxminәn 15 min 420 mülki vәtәndaşın hәlak olduğu vә 23 min adamın da xәsarәt aldığı bildirilib.
Hesabatda hәmçinin 4 min 272 mülki vәtәndaşın girov götürüldüyü qeyd olunub.
Husilәrin bir çox şәhәrә yerlәşdirdiyi minalar sәbәbindәn 1300 mülki vәtәndaşın hәlak olduğu bildirilәn hesabatda beynәlxalq ictimaiyyәtә bunun qarşısının alınması ilә әlaqәdar çağırış edilib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir
19.01.2020
Yəməndə ölənlərin sayı 100 nəfərə çatıb
19.01.2020
Fransız hərbiçiləri hökumətin pensiya islahatlarına qarşı çıxdı
19.01.2020
Rus tədqiqatçılar İslamı qəbul etdilər
19.01.2020
Merkel yanvarın 24-də Türkiyəyə gələcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info