“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
Tarix: 11.12.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


“Ölkədə artıq total şəkil almaqda olan repressiyaların miqyası ilə yanaşı, Ermənistanı tərk edənlərin sayı da artır. Bu artım həm də ölkədəki özbaşınalıqlardan qaçanların hesabına reallaşır”

Bu gün Ermənistanda “insan ovu” geniş vüsət almaqdadır. Belə ki, ölkədəki siyasi təqiblərin miqyası o qədər genişlənib ki, keçmiş nazirlər, bələdiyyə sədrləri, universitet professorları, hakimlər və hətta məktəb direktorları da bu “ovdan” sığortalanmayıblar.
Maraqlıdır ki, artıq sadə insanlar belə, ölkədəki həbsləri izləməyə vaxt çatdıra bilmirlər. Əslində, sabiq vəzifə sahiblərinin həbsi ilə bağlı qanun pozuntularına rast gəlinsə də, adi vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı işlərdə bunu söyləmək mümkün deyil. Bunu artıq erməni mediası da etiraf etmək məcburiyyətindədir. “Qolos Armenii” yazır ki, ilin sonuna doğru, ölkədəki repressiyaların açıq siyasi xarakter daşıması aydın şəkildə sezilməkdədir.
Ölkədə artıq total şəkil almaqda olan repressiyaların miqyası ilə yanaşı, Ermənistanı tərk edənlərin sayı da artır. Bu artım həm də ölkədəki özbaşınalıqlardan qaçanların hesabına reallaşır.
“Qolos Armenii” bu məlumatları əsaslandırmaq üçün konkret faktlar yayıb. Saytın yazdığına görə, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın Ermənistandan didərgin düşərək Rusiyada sığınacaq tapmasının başlıca günahkarı Paşinyan rejimidir. Sayta görə, sabiq müdafiə nazirini “19 fevral prezident seçkilərinin nəticələrini qəbul etməyənlərə” divan tutmaqda təqsirləndirmək absurddur.
Maraqlıdır ki, sabiq müdafiə naziri Mikael Arutyunyan kimi keçmiş deputat Miqran Poqosyan da bu gün Rusiyada mühacir həyatı yaşamaqdadır. Bu iki şəxsi Ermənistana verməməkdə israrlı olan Rusiyanın mövqeyini isə Paşinyan və onun komandası “demokratik dəyərlərə” qarşı xoşagəlməz münasibət kimi dəyərləndirirlər. Saytın yazdığına görə, Paşinyan hakimiyyətdə yerini rahatlayandan sonra, daha bir sabiq rəsmi şəxsə - mart hadisələri zamanı istintaq qrupunun rəhbəri olmuş Vaqan Arutyunyana qarşı ittihamlar irəli sürdürdü. Sayta görə, 5 ittihamla təqsirli bilinən daha bir günahkar, keçmiş baş prokuror Qevorq Kostanyan da Paşinyanın «qəzəbinə» gələndərdəndir. Ona qarşı irəli sürülən ittiham Rusiya Baş Prokurorluğu Universiteti ilə müqavilə öhdəlikləri ilə bağlıdır. Sayt yazır ki, Ermənistanda cinayət təqibi adı altında tüğyan edən siyasi repressiyalardan qaçanların böyük əksəriyyəti keçmiş hakim partiya nümayəndələridir.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”
27.12.2019
Erməni nazir Paşinyanın yalanını ifşa edib
25.12.2019
Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info