“Kaspersky” 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb
Tarix: 12.12.2019 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


“Kaspersky” şirkətinin məlumatına görə 2019-cu ildə istifadəçilərə böyük pullar vəd edən məktub və elanların göndərilməsi (SCAM) kimi fırıldaqçılıq hallarında kəskin artım müşahidə olunub. 2018-ci illə müqayisədə istifadəçilərin SCAM resurslara yönləndirilməsi halları 13 dəfə artıb. Belə ki, ötən ilin iyun-dekabr aylarında təxminən 2,7 milyon belə cəhd qeydə alınıbsa, 2019-cu ilin eyni dövründə belə cəhdlərin sayı 36,7 milyona çatıb. Eyni zamanda, 2019-cu ilin yayından bəri “Kaspersky” hər ay təxminən 2 min yeni SCAM-resurs aşkarlayıb.
İstifadəçilərə ən çox aksiya və ya sorğularda iştirak etmələri mübadilində mükafat və sosial ödənişlər vəd olunur. Ancaq vəd edilmiş məbləği almaq üçün adətən kiçik komissiya ödənişi tələb olunur. Nəticədə isə istifadəçi vəsait əldə etmir və "komissiya" cinayətkarların hesabına köçürülür. Bundan əlavə, istifadəçi ödəniş məlumatlarının təhlükəsizliyini də riskə atır.
Təcavüzkarlar çox vaxt insanların xüsusi səy göstərmədən cüzdanlarını doldurmaq həvəsindən faydalanırlar. Onlara yalnız potensial qurbanları həvəsləndirmək və sayıqlıqlarını zəiflətmək qalır ki, kiçik bir yatırıma ehtiyac duyulduğu mərhələdə, istifadəçi imtina etməsin.
SCAM çox vaxt böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyaya bənzəyir. Bundan əlavə, fırıldaqçılar məşhurlar tərəfindən qazanılmış lotereyaları imitasiya edirlər. Digər populyar sxem isə sosial ödənişlər, məsələn, təqaüd əmanətləri almaq təklifidir. 2019-cu ildə fırıldaqçılar öz fəaliyyət sahələrini genişləndiriblər və elektron poçtdan əlavə sosial şəbəkələr, video xidmətlər, bloqlar və digər platformalardan istifadə edirlər.
“Hazırda informasiya təhlükəsizliyi baxımından ən zəif nöqtə elə insan özüdür. Təcavüzkarlara nəyisə sındırmaq və ya yoluxdurmaq lazım olmur, onlar sadə, lakin təsirli sosial mühəndisliyə müraciət edirlər - nəticədə insanlar özləri bütün məlumatları, bəzən isə pullarını verirlər. Buna görə də, rəqəmsal savadlılığın etibarlı müdafiə həlli qədər vacib olduğunu hesab edirik”, - bunu “Kaspersky” şirkətinin məzmun təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev deyib.

“Kaspersky” şirkəti əsas təhlükəsizlik qaydalarını xatırladır:

• şübhəli linklərə daxil olmaq olmaz
• hər hansı aksiyada iştirak etməzdən öncə onun həqiqətən qeyd olunan brend və ya məşhura aid olub olmadığını yoxlamaq vacibdir
• “Kaspersky Total Security” kimi aktual məlumat bazası olan etibarlı qoruyucu həllərdən istifadə etmək lazımdır
• əgər təklif olduqca cəlbedicidirsə, çox güman ki, bu feykdir.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info