Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
Tarix: 12.12.2019 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında, həmçinin yerli idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna daxil olan qurumlarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
SHXÇDX Aparatında keçirilən mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərin, aparılan islahatların Ulu Öndərin milli inkişaf konsepsiyasının uğurlu davamı olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının şöbə müdiri, tarixçi alim Nazim Mustafa Ümummilli Lider Heydər Əliyevin sovet və müstəqillik dövründə ölkəmizin tərəqqisi və nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. Dövlət müstəqilliyinin itirilməsi, parçalanmaq təhlükəsilə üzləşmiş Azərbaycan Respublikasında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Dahi Şəxsiyyətin qısa müddətdə hərbi-siyasi vəziyyəti sabitləşdirdiyini, vahid komandanlıqdan idarə olunan ordu formalaşdırdığını nəzərə çatdırıb. Ulu Öndərin qətiyyəti, möhkəm iradəsi sayəsində iqtisadi tənəzzülün qarşısının alındığını, beynəlxalq şirkətlərlə ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin edən enerji müqavilələrinin imzalandığını bildirib.
Nazim Mustafa Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik dövründə başlanmış inkişafın bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından söz açıb. Ölkə ictimaiyyətinin aparılan ardıcıl islahatları dəstəklədiyinə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarına inam ifadə edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info