“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
Tarix: 12.12.2019 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verən Artur Vanesyan bu addımını hakimiyyətdəki xaos, kortəbii qərar qəbulu və buna bənzər digər məsələlərlə əlaqələndirmişdi.
Əslində, Ermənistanın özündə də müsbət biri kimi tanınmayan Vanesyanın bu açıqlaması, təbii ki, Paşinyan hakimiyyətindəki naqisliklərdən biri kimi qəbul edilməlidir. Hər halda Vanesyan artıq sabiq hökumət nümayəndəsi kimi, hakimiyyət mətbəxindəki kortəbiiliyi sıravi ölkə vətəndaşlarından daha yaxşı görürdü. Maraqlıdır ki, hakimiyyətdəki xaos və kortəbiiliyin şaxələndiyini bildirən “Qolos Armenii” saytı bunlardan sadəcə olaraq ikisinə diqqət çəkib. “Qolos Armenii“ yazır ki, bir müddət əvvəl erməni deputat Ayk Sarkisyan parlamentin yığıncaqlarının birində sürətlənmiş hərbi xidmət haqqında qanun layihəsi ilə çıxış edib. Bu layihəyə görə, dövlətə 10 milyon dram ödəyən hər bir çağırışçı, cəmi bir ay xidmət edə bilərdi. Bu ideyanın ölkədə böyük rezonans doğurduğunu diqqətə çatdıran sayt ölkədə bir çoxlarının bu təşəbbüsün müsbət və mənfi cəhətlərini müzakirə etməyə başladığı anda Müdafiə Nazirliyinin reaksiyasına diqqətə çəkir. Saytın bildirdiyinə görə üzün tərəddüddən sonra müdafiə nazirinin müavini Qabriel Balayan açıqlama verərək təşəbbüsün qəbuledilməz olduğunu bəyan edib: “Biz bu, beynəlxalq təcrübənin Ermənistanda tətbiq olunacağına inanmırıq. Çünki Ermənistan xüsusi şəraitdədir. Ona görə də, Müdafiə Nazirliyi orduda yaxşı təcrübənin tətbiqinə önəm verir. Bu mənada Ayk Sarkisyanın təklif etdiyi təcrübə bizim üçün məqbul deyil”. Sayt bu vəziyyətlə bağlı yazır ki, ölkədə "sol əl sağ əlin nə etdiyini bilmir”. Analoji vəziyyətin ölkənin Səhiyyə Nazirliyində də yaşandığı qeyd edilir. Belə ki, bir müddət əvvəl, Ermənistanın Səhiyyə Nazirliyi 4-6 faiz sağlamlıq vergisi tətbiq edilməsi təşəbbüsünü irəli sürüb. Təşəbbüsün haradan qaynaqlandığına önəm verməyən ölkənin Maliyyə Nazirliyi elə ilk ictimai müzakirə mərhələsində buna qarşı çıxıb. Maliyyə naziri Atom Djandjuqazyan Səhiyyə Nazirliyinin təşəbbüsünün vergi siyasətinə zidd olduğunu açıqlamışdı. Sayt bununla bağlı yazıb ki, burada Maliyyə Nazirliyi ilə Səhiyyə Nazirliyinin fərqli hökumətlərin tərkibinə daxil olması təəssüratı yaranır. Sayt yazır: “Bu mənada Paşinyan hökumətinin yenə də oxşar qanun pozuntuları ilə yaşadığını nəzərə alsaq, belə nəticə hasil olur ki, hökumət ölkə və cəmiyyəti risk altına atır”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2020
Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
10.01.2020
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
07.01.2020
“Ermənistan Azərbaycandan xeyli geri qalır”
27.12.2019
Erməni nazir Paşinyanın yalanını ifşa edib
25.12.2019
Qrant Baqratyan: “Gələn il Ermənistan “iqtisadi qəbristanlığa” çevriləcək”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
2 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
3 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
4 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
5 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info